28 mart 2016 12:20

Karateçilərimiz Türkiyədən 12 medalla dönürlər

Karateçilərimiz Türkiyədən ənənəvi "Boğaziçi Açık" beynəlxalq karate turnirindən 12 medalla dönürlər. Azerisport.az xəbər verir ki, mükafatların ikisi qızıl və üçü gümüş, yeddisi isə bürüncdür.

Fərdi yarşlarda Tural Ağalarzadə (-67 kq), Samir Məmmədov (-75 kq) mötəbər turnirin qalibi olublar. Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq) və Neda Rezai (kata) gümüş medallara sahib olublar. Bürünc mükafatları isə Müseyib Məmmədov (yeniyetmələr -52 kq), Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), həmçinin  Nuranə Əliyeva (-50 kq), və Fəridə Əliyeva (+68 kq) qazanıb.

Komanda yarışlarına da qatılan idmançılarımızdan Nuranə Əliyeva, Fəridə Abiyeva və Fəridə Əliyevadan ibarət heyət, eləcə də Pənah Abdullayev, Rafiz Həsənov, Şahin Atamov, Asiman Qurbanlı və Tural Ələkbərlidən ibarət komanda 3-cü yeri tutub.

İstanbulun Aslı Çakır Alptekin Atletizm Salonunda uşaqlar, yeniyetmələr, gənclər və veteran karateçilər arasında 29-cu dəfə keçirilən və ümumi mükafat fondu 82 min dollar olan nüfuzlu yarışda 28 ölkədən 780 idmançı iştirak edib.

Mayın əvvəlində Fransada Avropa çempionatına hazırlaşan böyüklərdən ibarət milli komandamızın bir sıra üzvlərini aprelin əvvəində Dubayda daha nüfuzlu Premyer Liqa turniri gözləyir.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.