24 mart 2016 17:00

Karate yığmamız İstanbula gedir

Karate üzrə milli komandamızın üzvləri İstanbulda ənənəvi "Boğaziçi Açık" karate turnirində iştirak edəcəklər. Azerisport.az xəbər verir ki, mayın əvvəlində Fransada Avropa çempionatına hazırlaşan böyüklərdən Tural Ələkbərli və Elvin Əhmədli (-60 kq), Niyazi Əliyev, Rafiz Həsənov və Tural Ağalarzadə (-67 kq), Samir Məmmədov (-75 kq), Ayxan Mamayev və Pənah Abdullayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), qadınlardan isə Nuranə Əliyeva (-50 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva (+68 kq), həmçinin yeniyetmələr komandasının üzvü Renata Ərəblidən (-54 kq) ibarət 16 nəfərlik heyət qarşıdakı turnirdə tatamiyə çıxacaq.

Federasiyanın vitse-prezidenti Yusif Məmmədovun rəhbərliyi ilə Türkiyəyə yollanan heyətdə beynəlxalq hakim Anar Allahverdiyevlə gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev də var.

Aslı Çakır Alptekin Atletizm Salonunda 29-cu dəfə keçirilən nüfuzlu yarışda uşaqlar, yeniyetmələr, gənclər və veteran karateçilər mübarizə aparacaqlar. Turnirin ümumi mükafat fondu 82 000 dollardı. 109-u fərdi, 26-sı isə komanda yarışlarında olmaqla 135 medal sahibini tapacaq. "Boğaziçi Açık" karate turnirinə 25 ölkədən 690 karateçi qatılacaq. Yarış 26-27 mart tarixlərində keçiriləcək.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.