1 fevral 2016 13:30

Yeniyetmə və gənc karateçilər Avropa çempionatına yollanır

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Kiprdə 23-cü Avropa çempionatında iştirak edəcəklər. Azerisport.az xəbər verir ki, fevralın 3-də Limassol şəhərinə yola düşən nümayəndə heyətinə 17-si idmançı olmaqla 29 nəfər daxildir.

14-15 yaşlı yeniyetmələrin böyük məşçqçisi Anar Allahverdiyev Müseyib Məmmədova (-52 kq), Hümmət Baxşəliyevə (-57 kq, avropa və dünya üçüncüsü ), Mədinə Sadıqova (-47 kq) və Renata Ərəbliyə (-54 kq) güvənir. Gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev isə 16-17 yaşlılardan 3 idmançının, 18-20 yaşlılar arasında isə 8 karateçinin yarışa yollanmasını qərara alıb. 16-17 yaşlı gənclərdən Murad Balakişiyev (-76 kq), Murad Hacızadə (+76 kq, dünya beşincisi) və Fidan Teymurova (-48 kq, dünya ikincisi) tatamiyə çıxacaq. 18-20 yaşlı gənclərdə Ülvi Qurbanov (-60 kq, yeniyetmələr arasında avropa üçüncüsü), Şahin Quluzadə (-67 kq, komandanın kapitanı) Vüsal Kamallı (-75 kq), Nəcməddin Bünyadov (-84 kq), Sərxan Quluzadə (+84 kq, dünya kubokunun qalibi, dünya beşincisi), Fəridə Abiyeva (-61 kq, dünya kubokunun qalibi, dünya beşincisi), İrina Zarteska (-68 kq, gənclər arasında Avropa və dünya çempionu, dünya ikincisi, böyüklərdə Avropa üçüncüsü, Avropa Oyunlarının qalibi) və Fəridə Əliyeva (+68 kq, dünya kubokunun qalibi, dünya üçüncüsü) mübarizəyə qatılacaq. Kata üzrə böyük məşqçi Vahid Ayvazov 16-17 yaşllarda Roman Heydərlinin, 18-20 yaşlı gənclərdə isə Rafiq Əmirovu bir daha sınaqdan keçirəcək.

Federasiyanın prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü Yaşar Bəşirovun bağçılığı ilə Kiprə yollanan heyətdə 1-ci vitse-prezident Rəhman Hətəmov, vitseprezident və yarışın hakimlərindən beynəlxalq hakim Yusif Məmmədov, digər beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Rənad Əliyev, eləcə də İ.Zaretskanın şəxsi məşqçisi Denis Morozov, həkim Pərvin Əkbərov və Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da var. Yarışla bağlı operativ məlumatlar federasiyanın saytında yerləşdiriləcək.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.