25 yanvar 2016 00:35

Fərzəliyevlə Atamov gümüş medal qazandı

Azərbaycan karateçiləri Firdovsi Fərzəliyev (-60 kq, şəxsi məşqçisi Rəhman Hətəmov) və Şahin Atamov (+84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) nüfuzlu "Paris Open" beynəlxalq turnirini gümüş medallarla başa vurublar. Azerisport.az xəbər verir ki, bu nəticə mükafatlara sahib ola bilən 18 ölkə arasında Azərbaycanı 10-cu pilləyə yüksəldib.

Müqayisə üçün qeyd edək ki, Dünya Karate Federasiyasının "kiçik dünya çempionatı" adlandırılan bu mötəbər turnirində 75 ölkədən 1012 idmançı iştirak edib. İlin ilk rəsmi yarışının son günü tatamiyə çıxan 3 idmançımız - Fəridə Abiyeva (-61 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər iksi -67 kq) təəssüf ki, medalçılar sırasına düşə bilməyiblər. Atamovla Fərzəliyev isə həlledici görüşdə, bir gün əvvəl finala çıxışla təmin etdikləri gümüş medalla kifayətlənməli olublar.

Günün nəticələrini təqdim edirik:

Qadınlar

-61 kq
Fəridə Abiyeva

1. Rita Zaoujal (Fransa)
2. Ayami Moriquçi (Yaponiya) - 0:5
 
Kişilər

-67 kq
Rafiz Həsənov

1. Xulian Pinzas (Argentina) - 4:0
2. Burak Uyğur (Türkiyə) - 0:2

Tural Ağalarzadə

1. İrakli Tkebuçava (Gürcüstan) - 5:7

Final görüşləri

-60 kq

Firdovsi Fərzəliyev - İqor Uxniç (Ukrayna) - 3:6

+84 kq

Şahin Atamov - Enes Erkan (Türkiyə) - 0:3

Bir gün əvvəl mübarizə aparan digər 8 idmançımızdan Nuranə Əliyeva (-50 kq) və Ayxan Mamayevin (-84 kq, hər iksinin şəxsi məşqçisi Şahin Xudaverdiyev) bürünc medala sahib olmaq şansları yaransa da, onlar son anda təsəlliverici görüşlərdən məğlubiyyətlə ayrılıblar.

13 idmançı ilə Parisə yollanan heyətə federasiya prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident Rəhman Hətəmov rəhbərlik edib. Baş məşqçinin köməkçisi Rəşad Hüseynovdan başqa beynəlxaq hakimlər Cahangir Babayev və Yusif Məmmədov da Premyer Liqada iştirak ediblər.

Səfərdə olan heyət yanvarın 26-da Bakıya dönəcək. (Federasiyanın mətbuat xidməti)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.