19 yanvar 2016 12:30

Karateçilərimiz mövsümə İran və Fransada start verəcəklər

Azərbaycan karateçiləri 2016-cı il mövsümünə həftəsonu 2 beynəlxalq yarışla start verəcəklər. Azerisport.az xəbər verir ki, müxtəlif yaş qurupları üzrə milli komandanın üzvləri Fransa və İrana yollanır.

Dünya Karate Federasyasının Premyer Liqa yarışlarından ən nüfuzlusu "Paris Open"də əsasən böyüklərdən ibarət heyətin idmançıları olmaqla 15 nəfər tatamiyə çıxacaq. Federasiya prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident Rəhman Hətəmovun rəhbərliyi ilə Fransanın paytaxtına yollanan heyətə Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev və Samir Məmmədov (hər ikisi -75 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (hər üşü -84 kq), Asiman Qurbanlı, Əli Cəfərov və Şahin Atamov (hər üçü +84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva (-61 kq) daxil edilib. Beynəlxalq hakimlərdən Cahangir Babayevlə Yusif Məmmədov və baş məşqçinin köməkçisi Rəşad Hüseynov da Premyer Liqaya yola düşürlər.

Tehranda beynəlxalq turnirdə isə yeniyetmə və gənclərin bir hissəsi mübarizə aparacaq. Gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin başçılıq etdiyi heyətə Ceyhun Mustafayev və Ülvi Qurbanov (-60 kq), Şahin Quluzadə və Orxan Şabanov (-67 kq), Vüsal Kamallı (-75 kq), Nəcməddin Bünyadov (-84 kq), Sərxan Quluzadə (+84 kq), Roman Heydərov (kata), eləcə də Aysel Babayeva və Asya Məlikova (hər ikisi -50 kq) və Aytac Əliyeva (-55 kq) cəlb olunub. Yeniyetmə və gənclər fevralın əvvəlində Kiprdə növbəti Avropa çempionatına hazırlaşırlar.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.