30 noyabr 2015 14:45

Şahin Atamov Premyer Liqanın gümüş medalını qazandı

2015-ci ilin beynəlxalq yarışlarında ilk medalımızı qazanan Azərbaycan milli komandasının kapitanı Şahin Atamov (+84 kq) ilin sonunu da medalla tamamlayan idmançımız oldu. Azerisport.az xəbər verir ki, tanınmış karateçimiz Yaponiyada Premyer Liqanın gümüş medalına sahib olub.

Finalda əslən azərbaycanlı olan İran milli komandasının favoritlərindən Səyad Gənczadə ilə (fərdi yarışlarda son dünya ikincisi və komanda yarışlarında çempion) görüşün əsas vaxtı heç-heçə bitsə də, beş hakimdən üçü qələbəni (xante il) rəqibə verib. Ş.Atamov Okinavada yarışqabağı bir çox tanınmış karateçilərlə birgə beynəlxalq təlim-məşqlərdə və seminarda da iştirak edib.

Bu medal Şahin Atamovun (şəxsi məşqçisi Şahin Xudaverdiyev, milli komandada məşqçisi Rəhman Hətəmov) 2015-ci il Premyer Liqalarında 3-cü gümüş mükafatıdır. Yanvarda Parisdə 2-ci yeri tutan Ş.Atamov, fevralda Hollandiyanın Almere şəhərində analoji turniri də eyni nəticə ilə başa vurub. Bundan başqa dünya reytinqində 5-ci olan karateçimiz Yaponiyada qzandığı gümüş medalla 3-cü pilləyə yüksəlib.

Okinavada Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasından ilin son nüfuzlu yarışında 38 ölkədən 207 idmançı iştirak edib, turnirdə Azərbaycanı yalnız Şahin Atamov təmsil edib. Karateçilərimizin növbəti Premyer Liqa yarışı 2016-cı ilin yanvarında Parisdə olacaq. İdmançılarımızı 4-5 dekabr tarixlərində 23-cü Respublika çempionatı gözləyir.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.