13 noyabr 2015 00:05

İlk gündə Fidan Teymurova gümüş medal qazandı

14-15 yaşlı yeniyetmələrədən ibarət seçmə komandamızın üzvü Fidan Teymurova (-47 kq) İndoneziyanın paytaxtı Cakartada gənclər və yeniyetmələr arasında 9-cu dünya çempionatın gümüş mükafatını qazanıb. Azerisport.az xəbər verir ki, Seymur Xudaverdiyevlə (şəxsi məşqçisi) Anar Allahverdiyevin (14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi) yetirməsi 4 rəqibini böyük hesabla məğlub etdikdən sonra, yalnız finalda misirli idmançı ilə 0:1 hesablı görüşdə qələbəni əldən verib. Bu nəticə həmçinin yeniyetmə gənclər arasında ilk tarixi nəticədir.

Dünya çempionatının təntənəli açılış mərasimində İndonesiya dövlətinin ali rəsmilərindən Gatot Nurmantyo və Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos çıxış edərək perpektivli gənc karateçilərə uğurlar arzulayıb. Bədii hissə yerli ənənələri əks etdirən rəqslərlə, karteçilərin çıxışları və səhnəciklərlə davam etdirilib.

Yeniyetmə və gənc idmançılarımızı dəstəkləmək üçün dünya çempionatına gələn Azərbaycanın İndoneziyada Fövqəladə və Səlahiyyətli Səfiri Tamerlan Qarayev Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla birgə rəsmi açılış mərasimini də izləyib. Sonra karateçilərlə görüşən Qarayev idmançılarımıza uğurlar arzulayaraq, onlarla xatirə şəkili çəkdirib.

Yarışın ilk günü bir gümüş medalla Azərbaycan mükafat qazana bilən 18 ölkə arasında ümumi hesabda 9-10-cu yerləri bölüşüb. Dünya çempionatı 4 gün davam edəcək. Yarışda 91 ölkədən 1441 karateçi iştirak edir.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.