3 noyabr 2015 12:15

Karateçilərimiz İndoneziyaya 18 nəfərlik heyətlə yollanacaq

Azərbaycan karateçiləri İndoneziyanın paytaxtı Cakartada gənclər və yeniyetmələr arasında 9-cu dünya çempionatında iştirak edəcəklər. Azerisport.az xəbər verir ki, qarşıdakı mötəbər yarışa son hazırlıqlarını keçirən idmançılarımız müxtəlif yaş dərəcələrində 18 nəfərlik heyətlə İndoneziyaya yollanacaq.

14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyevin seçdiyi 3 nəfərlik heyətə Nuri Əliyev (-50 kq), Hümmət Baxşəliyev (-57 kq) və Fidan Teymurova (-47 kq) daxildir. 16-17 və 18-20 yaşlı gəncləri çalışdıran böyük məşqçi Şahin Xudaverdiyev isə bu yaş quruplarında yarışlara 12 idmançının qatılmasına üstünlük verib. Elcan Məmmədrzayev (-61 kq), İsa Məmmədov (-68 kq), Elman Babayev (-76 kq), Murad Hacızadə (+76 kq) və Fəridə Əliyeva (+59 kq) 16-17 yaşlı gənclərdə, Ülvi Qurbanov (-60 kq), Şahin Quluzadə (-67 kq), Vüsal Kamallı (-75 kq), Nəcmədin Bünyadov (-84 kq), Sərxan Quluzadə (+84 kq), Fəriə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) isə 18-20 yaşlı gənclər arasında mübarizə aparacaq.

Kata üzrə seçmə komandaların böyük məşqçisi Vahid Ayvazov 14-15 yaşlı yeniyetmələrdən Ceyhun İsmayılova, 16-17 yaşlı gənclərdən Roman Heydərova, 18-20 yaşlı gənclərdən isə Rafiq Əmirova güvənib.

Beynəlxalq dərəcəli hakimlər Yusif Məmmədov, Cahangir Babayev, Vüqar Kərimov, Rənad Əliyev və Nərgiz Mehdiyeva Cakartada yarışqabağı dərəcələrini yüksəltmək üçün Dünya Karate Federasiyası hakimlər Komitəsinə (WKF) imtahan verəcəklər. Yarışı 211 beynəlxalq hakim idarə edəcək.

Azərbaycan Milli Karate Feerasiyasının prezidenti və WKF Texniki komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə səfər  heyətinə baş katib Mir-Cabbar Seyidov, federasiyanın həkimi Pərvin Əkbərov və dünya çempionatından operativ məlumatlar çatdırmaq üçün Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da daxildir.

12-15 noyabr tarixlərində 9-cu dünya çempionatında 94 ölkədən 1425 karateçi iştirak edəcək. Ayın 9-da səfərə çıxacaq idmançılarımız 17 noyabrda Bakıya dönəcəklər.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.