21 avqust 2015 12:15

Karateçilərimiz Urmiyədə ilk gün 8 medal qazandılar

Azərbaycan karateçiləri İran İslam Respublikasında 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirinin ilk gününü 8 medalla başa vurublar. Azerisport.az xəbər verir ki, Urmiyədə əvvəlcə yeniyetmə və gənclərin yarışına qatılan idmançılarımızdan Roman Heydərovla Həsən Rüstəmov (16-17 yaşlılar) kata yarışlarının finalında görüşüblər. Daha təcrübəli R.Heydərov turnirin qalibi olub. Hümmət Baxşəliyev (-57 kq) isə yeniyetmələr arasında çempion olub.

Yeniyetmələrdən Əli Quliyev (-70 kq), 16-17 yaşlı gənclərdən Mircəlal Ələsgərov (-55 kq), Elcan Məmmədrzayev (-61 kq), İsa Məmmədov və Murad Balakişiyev (hər ikisi -68 kq) isə bürünc mükafata sahib olublar. Bu nəticə ilə yeniyetmə və gənclərmiz 8 ölkə arasında İran komandasından sonra 2-ci yeri tutublar.

Yeniyetmələrin baş məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev komandanın durumu və perspektivi haqda nikbin fikirdədir: "Bu yarış dünya çempionatı qabağı bizim üçün çox önəmli idi. Belə beynəlxalq turnirlərdən sonra idmançıların çıxışlarının fərdi analizi aparılır. Noyabrda İndoneziyadakı dünya çempionatına hazırlıq mərhələsində üç yarış nəzərdə tutulub ki, bu turnirlərin nəticələrinə əsasən heyət təyin ediləcək. Ümidvaram ki, planlaşdırılan turnirlərdə iştirakımız baş tutacaq və payızda yeniyetmə və gənclərin mötəbər yarışından yüksək nəticə ilə dönə biləcəyik".     

Küveyt, Əfqanıstan, Türkiyə, Fransa və İraqın əsas komandalarının da qatıldığı "Urmiya Kuboku"nda ikinci yarış günü böyüklər arasında fərdi və komanda görüşləri olacaq. Ümumi mükafat fondu 30 min dollar olan turnirin fərdi döyüşlərindən əlavə Azərbaycan 2 kumite və 1 kata komandası ilə də təmsil olunacaq. Turnirdə əsas milli komandamızın bir neçə üzvü və əvəzedici heyətin idmançıları iştirak edir. Karateçilərimiz ayın 23-də vətənə dönəcəklər. (Federasiyanın mətbuat xidməti)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.