1 iyul 2015 18:30

Şəhid ailələri karateçilərimizi təbrik etdi

Avropa Oyunlarında böyük zəfər yazmış Azərbaycan karateçiləri, "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin "Şəhid ailələrinin Avropa Oyunlarının qaliblərinə təbriki" adlı tədbirdə iştirak ediblər. Azerisport.az xəbər verir ki, dövlət himni səsləndirildikdən sonra vətən uğrunda şəhid olanların xatirəsi sükutla yad edildi.

İctimai Birliyin sədri Almaz Zeynalova şəhid ailələri adından Avropa Oyunlarında uğurla çıxış edən idmançılarımızı təbrik etdi. O, karateçilərimiz də başqa olmaqla digər idman növlərində əldə edilən zəfərlərin şəhid ailələrini də çox sevindirdiyini bildirib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və milli komandanın baş məşqçisi Rəhman Hətəmov bu diqqətə görə şəhid ailələrinə və ictimai birliyin rəhbərinə minnətdarlığını bildirərərək, belə mötəbər görüşlərin gələcək qələbələrə daha da stimul verdiyini söyləyiblər. Y.Bəşirov Azərbaycan prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin, həmçinin 1-ci Avropa Oyunları Təşkilat komitəsinin sədri Mehriban Əliyevanın böyük səyləri nəticəsində Avropa Oyunlarının Olimpiya oyunları səviyyəsində keçdiyini deyib. 

İdmançılar çıxışlaında işğal altında olan torpaqlarımızı azad etməklə şəhidərimizin ruhunu sevindirmək üçün ali baş komandanın əmrinə daim hazır olduqlarını ifadə ediblər. İdmançıların döyüş məkanlarının yarış arenaları olduğunu qeyd edən natiqlər, qələbələrimizin həm də şəhidlərə həsr olunduğunu bildiriblər.

Şəhid ailələrinin təbrik çıxışlaranın ardından tədbirdə iştirak edən Avropa Oyunlarının mükafatçılarına və federasiya rəhbərliyinə "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyi tərəfindən fəxri diplomlar təqdim edilib. Sonda Avropa Oyunlarında tarix yazan karateçilərlə şəhid ailələri birgə xatirə şəkili çəkdiriblər.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.