20 may 2015 12:30

Karateçilərimiz Qətər Əmirliyinə yola düşür

1-ci Avropa Oyunlarında iştirak edəcək karate üzrə milli komandamızın 12 üzvündən 8 nəfəri Qətərin paytaxtı Dohada 4-cü Beynəlxalq turnirə yollanır. Azerisport.az xəbər verir ki, baş məşqçi Rəhman Hətəmov iyunun əvvəlində məsul yarış ərəfəsində son dəfə idmançılrımızın yarışa qatılmasına qərar verib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Qətər Əmirliyinə yola düşən heyətdə Firdovsi Fərzəliyev (-60 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyevadan əlavə, kata yarışlarında Tural Balcanlı ilə Ədilə Qurbanova yer alıb.

Yarışa həmçinin baş məşqçinin köməkçisi, kumite üzrə böyük məşqçi Rəşad Hüseynovla kata üzrə böyük məşqçi Vahid Ayvazov, hakim qismində isə beynəlxalq referi Şahin Xudaverdiyev gedir. 4-cü Beynəlxalq turnirdən operativ məlumatlar hazırlamaq üçün federasiyasının İctimaiyyətlə Əlaqə və İnformasiya katibi Sənan Məhərrəmov da Dohaya ezam olunur.

Yarışda 32 ölkədən 150-dək karateçi mübarizə aparacaq. Mayın 20-də Qətər Əmirliyinə yola düşən heyət həftənin sonunda Bakıya dönəcək.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.