27 aprel 2015 12:45

Rafael Ağayev Lüksemburqda ən yaxşı seçildi

Lüksemburqda açıq beynəlxalq karate turnirdə iştiak edən 1-ci Avropa Oyunlarındakı təmçislçilərdən Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq) və Tural Balcanlı (kata) yarışı yüksək nəticələrlə başa vurublar. Azerisport.az xəbər verir ki, kumite yarışlarında Niyazi Əliyev (-70 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq) və Şahin Atamov (+84 kq), kata çıxışlarında isə Tural Balcanlı "Luxemburg Open"in qızıl medallarına sahib olublar.

Ən ağır çəkidə də özünü sınayan A.Mamayev finaladək irəliləyib və həlledici döyüşdə Ş.Atamovla görüşdə hörmət əlaməti olaraq qələbəni komandanın kapitanına verib. Rafael Ağayev turnirin "Ən yaxşı texnikaya görə" mükafatına da layiq görülüb.

Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov, onun köməkçisi və böyük məşqçi Rəşad Hüseynov, həmçinin kata üzrə böyük məşqçi Vahid Ayvazovla birgə 5 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olan kişilərdən ibarət əsas milli komandamızın bu yüksək nəticəsi yarışda iştirak edən 20 ölkə idmançıları arasında Azərbaycanı ilk pilləyə yüksəltdi.

Beynəlxalq hakimlərdən federasiyanın vitse-prezidenti Yusif Məmmədov və hakimlər komitəsinin sədri Cahangir Babayev, eləcə də operativ məlumatlar hazırlamaq üçün İnformasiya və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da "Luxsemburg Open"də iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasnın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə səfərdə olan heyət ayın 28-də vətənə dönəcək. Qadınlardan ibarət milli komandamızın Avropa Oyunlarına növbəti hazırlıq yarışı isə mayın əvvəlində İstanbulda nüfuzlu beynəlxalq turnir olacaq.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.