1 aprel 2015 18:30

AMKF-də Avropa Oyunlarına son hazırlıq işləri ilə bağlı növbəti yığıncaq

Azərbaycan Milli Karate Federasiyasında İstanbulda 50-ci Avropa çempionatının nəticələri və qarşıdakı Bakı-2015 1-ci Avropa Oyunlarına son hazırlıq işləri ilə bağlı növbəti yığıncaq keçirilib. Azerisport.az xəbər verir ki, AMKF-n 1-ci vitse-prezidenti, Baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse prezident Yusif Məmmədov, Baş katib Mir-Cabbar Seyidov, milli komandaların baş məşqçisi, məşqçilər komitəsinin sədri Rəhman Hətəmov, hakilər komitəsinin sədri 2 qızıl, 1 gümüş və komanda yarışlarında bürünc medal qazanan karateçilərimizin nəticəsini yüksək qiymətləndiriblər.

Böyüklərdən ibarət milli komandanın iştirakı ilə yığıncaqda qarşıda daha məsul vəzifənin - Avropa Oyunlarında yüksək nəticə əldə etməyin vacibliyi bir daha diqqətə çatdırıldı. Bildirildi ki, oyunların ilk günlərində çıxış edən idmançılarımıza böyük ümidlər bəslənir və onlar öz növbəsində bu etimadı doğrultmalıdırlar.

Yığıncağın sonunda milli komandamızın Avropa oyunlarına son hazırlıq dövrünə başladığı bildirilib. İdançılarımız 2 aprel tarixindən Qəbələdə təlim məşqlərə başlayacaqlar. Ötən yarışlar analiz ediləcək, texniki-taktiki və fiziki hazırlıqlar üzərində işlər gücləndiriləcək.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.