20 mart 2015 00:40

55-ci Avropa çempionatı Bakıda keçiriləcək

İstanbulda Avropa Karate Federasiyasının növbəti Konqresi keçirilib. Azerisport.az xəbər verir ki, konqresdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun 2020-ci ildə 55-ci Avropa çempionatının Bakıda keçirilməsi təklifi müsbət qarşılanaraq təsdiq edilib.

Y.Bəşirov çıxışında bildirib ki, idman ölkəsi kimi tanınan Azərbaycanda böyük miqyaslı rəsmi yarışların təşkil edilməsi üçün dövlət tərəfindən hər bir dəstək var. Qarşıdan gələn ilk Avropa Oyunlarının, həmçinin 2017-ci ildə isə İslam Oyunlarının Bakıda təşkil edilməsi buna əyani sübutdur.

Bütün bu müsbət göstəriciləri Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində yarandığını söyləyən Yaşar Bəşirov, 5 il sonra Avropa çempionatının da paytaxtımızda yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu söyləyib.

Konqresdə iştirak edən Bakı 2015 1-ci Avropa Oyunlarının karate yarışları üzrə meneceri Dmitri Çigenev tədbir iştirakçılarına qarşıdakı məsul yarışla bağlı ətraflı məlumat verib və son hazırlıq işlərindən danışıb. Avropa karate ailəsi səbirsizliklə Avropa Oyunlarını gözləyir və bu mötəbər yarışın proqramına karatenin də daxil edilməsini Olimpiadaya daxil olmaq üçün ən mühüm addımlardan biri hesab edir.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.