20 mart 2015 00:25

Avropa çempionatının ilk günündə ən azı 3 gümüş medal

Azərbaycan karateçiləri İstanbulda 50-ci Avropa çempionatının ilk günündə 3 final görüşünə vəsiqə qazanmaqla ən azı gümüş medalları da təmin etmiş oldular. Azerisport.az xəbər verir ki, bir-birinin ardınca Ayxan Mamayev (-84 kq), Rafael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) 4 rəqibini məğlub etməklə ən yüksək mükafatalara layiq olduqlarını sübut etdilər.

A.Mamayev həmçinin finala çıxışda 2014-cü il mayın əvvəlində Finlandiyada Avropa çempionatının startında məğlub olduğu ötən ilki çempion, tanınmış yunan idmançısı Georgios Çanosdan 3:1 hesablı revanş aldı. Zədə üzündən keçən il avropa və dünya çempionatından kənar qalan R.Ağayev Finlandiyada Avropa çempionu olan italiyalı Luici Busaya qalib gəlməklə öz çəki dərəcəsində ən güclü olduğunu bir daha nümayiş etdirdi. N.Əliyev isə ardıcıl ikinci ildir ki, avropa çempionatının finalına çıxmaqla rəqiblərinə meydan oxudu.

Onlardan əlavə Tural Balcanlı kata yarışlarının bürünc medalı uğrunda həlledici döyüşə qədər yüksələ bildi. Onun rəqibi dəfələrlə dünya və avropa çempionatlarının mükafatçısı, fransız Min Duk Vu Dak olacaq. Finalda Niyazi Əliyevi türkiyəli Burak Uyqurla, Rafael Ağayevi alman Noah Bitçlə, Ayaxan Mamayevi isə italiyalı Nello Maestri ilə gərgin döyüş gözləyir.

Qızıl medal görüşləri martın 21-də keçiriləcək. Martın 20-də isə komanda yarışları başlanacaq. Milli komandalarımızdan kişilər Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Ayxan Mamayev, Orxan Heydərli, Rafael Ağayev və Şahin Atamovla, qadınlar isə Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretska ilə mübarizəyə qatılacaq. Kişilərdə 22, qadınlarda 26 milli komanda Avropa çempionluğu uğrunda mübarizə aparacaq. Komandalar arasında mükafat görüşləri 22 martda keçiriləcək. Kişilərdən ibarət milli komandamız titulunu qorumaq əzmi ilə tatamiyə çıxacaq.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.