16 mart 2015 00:15

Azərbaycan yığmasının AÇ-yə gedəcək heyəti açıqlandı

Karate üzrə milli komandamız martın 19-22-də İstanbulda 50-ci Avropa çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov Avropa çempionu olan ötən ilki heyətdən fərlqi olaraq bu dəfə komanda yarışlarının heyətinə daha çox perspektivli idmançıları cəlb edib.

Baş məşqçiyə onun köməkçisi Rəşad Hüseynov, fiziki hazırlıq üsrə məşqçi Oqtay Məmmədov, gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev, yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyev və Denis Morozov kömək edəcəklər.

Milli komandamız kumite yarışlarında ilk dəfə tam heyətlə çıxış edəcək. Ötən il zədə səbəbindən Avropa çempionatından kənar qalan Rafael Ağayev (-75 kq) də bu dəfə növbəti titulunu qazanmağa çalışacaq. Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq) və Şahin Atamov, həmçinin qızlar arasında Nuran Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Aytən Səmədli (+68 kq) fərdi yarışlarda mübarizə aparacaqlar. Komanda çempionatına Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Orxan Heydərli, Rafaael Ağayev və Şahin Atamov qatılacaq.

Kata üzrə böyük məşqçi Vahid Ayvazov bu dəfə də Tural Balcanlı ilə Adilə Qurbanovanın çıxışına üstünlük verib. Beynəlxalq referilərimiz Cahangir Babayev, Yusif Məmədov, Rənad Əliyev, Vüqar Kərimov və Nərgiz Mehdiyeva Avropa çempionatını idarə edən hakimlər arasında olacaq. Media və İctimaiyyətlə İşlər Katibi Sənan Məhərrəmov birbaşa yarış zalından federasiyanın rəsmi saytı və "Facebook" səhifəsində karate azarkeşlərini operativ mətn reportajı, foto və canlı videoyayımla məlumatlandıracaq. Istanbulun Sinan Erdem Idman salonunda yarışda 49 ölkədən 433 idmançı iştirak edəcək. 50-ci Avropa çempionatının özəlliyi Bakı 2015 1-ci Avropa Oyunlarına vəsiqə qazanılmasında və ilk dəfə qitədə bu əsasnamə ilə çempionatın keçirilməsindədir.

16 martda İstanbula yubiley Avropa çempionatına yollanan heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident, Baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə rəhbərlik edir. İdmançılarımız 1 həftə sonra vətənə dönəcəklər.

2014-cü il mayın ilk günlərində Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatında Azərbaycan karateçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Şahin Atamov, Ayxan Mamayev, Niyazi Əliyev, Rafiz Həsənov, Asiman Qurbanlı və Tural Ağalarzadədən ibarət milli komandamız Avropa çempionu, Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) ikinci pillənin, Nuranə Əliyeva isə qadınlar arasaında ilk dəfə qitə çempionatıda bürünc mükafatın sahibi olub. Son Avropa çempionaının finalını təqdim edirik.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.