13 mart 2015 18:30

Avropa çempionatı öncəsi federasiyada görüş

Martın 19-22-də İstanbulda 50-ci Avropa çempionatı ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi məşqçilər, idmançılar və hakimlərlə görüşüb. Azerispot.az xəbər verir ki, idmançılara uğurlar arzulayan federasiya prezidenti Yaşar Bəşirov, qarşıdakı yubiley Avropa çempionatında milli komandadan yüksək nəticələr gözlənildiyini nəzərə çatdırıb.

Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov qarşıya qoyulan məqsədə nail olunmasına komandanın hazır olduğunu deyib. Milli komandanın kapitanı Şahin Atamov ötən ilki uğuru təkrarlamağa çalışacaqlarını söyləyib.

1-ci vitse-prezident, Baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) rəsmi nümayəndəsi İlham Qasımzadə ABB sədri Cahangir Hacıyevin salamlarını çatdıraraq milli komandamıza uğurlar arzulayıb və qarşıdan gələn "Novruz" bayramı münasibəti ilə federasiya personalı və idmançıları baş sponsor tərəfindən ayrılmış bayram mükafatları ilə təltif edib.

Azərbaycan milli komandası 2014-cü il mayın əvvəlində Finlandiyanın Tampere şəhərində Avropa çempionatından 1 qızıl, 2 gümüş və 1 bürünc medalla qayıdıb. 3 final görüşünə çıxan milli komandamız tarixində ilk dəfə komanda yarışlarının Avropa çempionu olub.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.