16 fevral 2015 13:30

Şahin Atamov gümüş medal qazandı

Milli komandanın kapitnı Şahin Atamov Almaniyanın Almere şəhərində "Lotto Dutch Open" Premyer Liqasının gümüş medalına sahib olub. Azerisport.az xəbər verir ki, yanvarda Parisdə mövsümün ilk Premyer Liqa turnirini bürünc medalla başa vuran tanınmış karateçimiz 5 döyüşdən yalnız finalda +84 kq çəki dərəcəsinin dünyada favoritlərindən sayılan almaniyalı Conatan Horneyə 0:2 hesabı ilə uduzub.

Bir gün əvvəl Şəhrun Yusifova (-50 kq) ilə ilk gümüş medala, həmçinin Firdovsi Fərzəliyev (-60 kq) və Rafael Ağayevlə (-75 kq) bürünc medallara sahib olan komandamız Hollnadiya Premeyer Liqasını 11-ci yerdə başa vurub. Dünya Karate Federasiyasının (WKF) Premyer Liqalar seriyasından bu turnirə 51 ölkədən 613 idmançı iştirak edib. Onlardan 29 ölkə medalçılar arasına düşə bilib.

Yarışı idarə edən hakimlər arasında yüksək nüfuza malik olan beynəlxalq dərəcəli referilərimiz Şahin Xudaverdiyevlə Rənad Əliyev turnirin final görüşlərinə də təyinat alıblar. Yarışa yola düşən heyət fevralın 17-də vətənə dönəcək. Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi, böyük məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə qarşıdakı hazırlıq məşqləri martın ortalarında İstanbulda 50-ci Avropa çempionatına yönələcək.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.