26 yanvar 2015 11:15

Atamovla Ağalarov 3-cü oldu

Azərbaycan karateçiləri Dünya Karate Federasiyasının ən nüfuzlu Premyer Liqa turniri "Open De Paris"dən bürünc medallarla dönürlər. Azerisport.az xəbər verir ki, əsas hədəfi Bakı 2015 Avropa Oyunları olan milli komandamızın üzvlərindən Şahin Atamov (+84 kq) və Tural Ağalarzadə (-67 kq) kiçik dünya çempionatı sayılan Premyer Liqa turnirində 3-cü yeri tutublar.

Öz çəki dərəcələrində favoritlərdən olan bir çox idmançılarımız kimi Rafael Ağayev (-75 kq) və Rafiz Həsənov (-67 kq) isə son anda ciddi hakim haqsızlığı ilə üzləşdiyindən mükafatçılar arasına düşə bilməyiblər. Ötən mövsüm zədələr və əməliyyat səbəbindən dünya və Avropa çempionatları ilə birgə, bəzi rəsmi yarışlardan da kənar qalan Rafael Ağayev son qitə çempionu və dünya çempionatının mükafatçısı, həmçinin əvvəllər dəfələrlə dünya və Avropa çempionu olan, eləcə də onun əsas rəqiblərindən biri - italiyalı Luici Busanı məğlub etməklə dünya karatesinin "briliyantı" olmağını bir daha sübut edib.

Premyer Liqanın yekun nəticəsinə əsasən Azərbaycan medal qazana bilən 23 ölkə arasında 17-ci olub. İlk üçlükdə isə Fransa, Misir və Yaponiya yer alıb. Mötəbər turnirdə 46 ölkədən 929 idmançı iştirak edib.

Milli komandamızın növbəti beynəlxalq yarışı fevralın ortalarında Hollandiyada Premyer liqa turniri olacaq.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.