22 yanvar 2015 00:35

Azərbaycan yığması mövsümə Premyer Liqa ilə başlayır

Böyüklərdən ibarət milli komandamız yeni mövsümə Premyer Liqa turniri ilə başlayır. Azerisport.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə Dünya Karate Federasiyasının (WKF) ən yüksək reytinqli turnirində 21 idmançımız iştiak edəcək.

Baş məşqçi, federasiyanın məşqçilər komitəsinin sədri Rəhman Hətəmov və onun köməkçisi, böyük məşqçi Rəşad Hüseynov müxtəlif çəki dərəcələrində bir neçə idmançıın mübarizə aparmasını qərara alıb. Firdovsi Fərzəliyev, Ceyun Mustafayev və Nicat Abbasov -60 kq çəkidə, Niyazi Əliyev, Tural Ağalarzadə və Üzeyir Alışanov isə -67 kq çəki dərəcəsində yarışacaq. -75 kq çəki dərəcəsində dünya lideri Rafael Ağayev nəhayət ki, uzun müddətli fasilədən sonra rəsmi yarışlara qatılacaq. Ötən il zədələr və əməliyyat səbəbindən dünya və avropa çempionatları da daxil olmaqla bir neçə mötəbər yarışı buraxmalı olan R.Ağayevlə birgə, bu çəki dərəcəsində Şahin Quluzadə mübarizə aparacaq.

-84 kq çəkidə Ayxan Mamayev, Pənah Abdullayev və Tural Kamallı, +84 kq çəki dərəcəsində isə milli komandanın kapitanı Şahin Atamovdan başqa Orxan Heydərli və Rəsul Əlizadə tatamiyə çıxacaq. Qadınların yarışına 4 idmançımız qatılacaq. Kumite turnirində Nuranə Əliyeva (-50 kq), İlahə Qımova (-55 kq) və Fəridə Abiyeva (-61 kq), kata yarışlarında isə Ədilə Qurbanova çıxış edəcək. Kata üzrə böyük məşqçi Vahid Ayvazaov kişilərin mübarizəsinə Tural Balcanlı, Rafiq Əmirov və Roman Heydərlini də daxil edib. Yarışda fərqlənən idmançılara baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən müvafiq mükafatlar təqdim olunacaq.

Paris Premyer Liqasını idarə edən referilər arasında 3 beynəlxalq hakimimiz - federasiyanın vitse-prezidenti Yusif Məmmədov, hakimlər komitəsinin sədri Cahangir Babayev və Nərgiz Mehdiyeva yer alacaq. 2015-ci ilin ilk mötəbər yarışında 46 ölkədən 929 idmançı iştirak edəcək. Milli komandamızın çıxışlarından operativ informasiyalar, fotostrim və videoyayımlar hazırlamaq üçün federasiyanın Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da turnirə ezam olunub.

Paris Premyer Liqasına yollanan 30 nəfərlik nümaəndə heyətinə federasiyanın prezidenti Yaşar Bəşirov rəhbərik edir. 22 yanvarda Fransaya gedən idmançılarımız 5 gün sonra vətənə dönəcəklər. (AMKF)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.