19 yanvar 2015 17:15

Karate Federasiyası 20 yanvar faciəsini andı

Azərbaycan Milli Karate Federasiyası 20 yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar yığıncaq keçirib. Azerisport.az xəbər verir ki, federasiya rəhbərliyi, ofis, məşqçi, hakim və idmançı heyətinin iştirakı ilə anım tədbirində əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident və baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov və baş məşqçi Rəhman Hətəmov Azərbaycan xalqının tarixində önəmli yerlərdən birini tutan qara yanvar faciəsi barədə ətraflı məlumat verərək, xalqımıza qarşı qətliamı pisləyiblər.

25 il əvvəl sovet ordusunun Azərbaycanın paytaxtı Bakıda törətdiyi faciədən sonra ölkə rəhəbəri İlham Əliyev tərəfindən 20 yanvar şəhidlərinin ailələrinə və hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərə sosial müdafiənin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə bir çox tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Federasiya rəhbərliyi 17-18 yanvar tarixlərində Xorvatiyada Qran Pri turnirindən 2 qızıl, 2 gümüş və bir o qədər də bürünc medal qazanan yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın bu uğurunu 20 yanvar şəhidlərinin əziz xatirəsinə ithaf edildiyini söyləyib.

Anım tədbirində o da qeyd edilib ki, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhid ailələrinin övladlarına respublikanın bütün karate bölmələrində məşqlər təmənnasız həyata keçirilir. Yığıncağın sonunda 20 yanvar şəhidlərinin hər zaman ehtiramla yad ediləcəkləri bildirilib.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.