19 dekabr 2014 00:55

Bakı-2015-də karata döyüş idman növünün nümayişi

1-ci Avropa Oyunlarının Təşkilat komitəsində yarışların proqramına daxil olan karate döyüş idman növünün nümayişi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Avropa oyunlarının təşkilat komitəsinin idman direktoru Pirs O"Kallahan, bu təşkilatla Milli Olimpiya Komitəsi arasında əlaqələr üzrə baş menecer Könül Nurullayeva, Avropa oyunlarının Rəqəmsal və Sosial media meneceri Rüstəm Hacıyev, eləcə də təşkilat komitəsinin onlarla üzvü iştirak edib.

Yığıncağa həmçinin Milli Karate Federasiyasın (MKF) prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə, baş katib Mircabbar Seyidov, Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, beynəlxalq dərəcəli hakimlərindən MKF-in vitse-prezidenti Yusif Məmmədov, Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Nərgiz Mehdiyeva, milli dərəcəli hakim Cavid Rəfiyev, baş məşqçinin köməkçisi Rəşad Hüseynov, kata üzrə böyük məşqçi Vahid Ayvazov, Avropa oyunlarında iştirak etməyə namizədlərdən milli komandanın üzvləri Niyazi Əliyev, Ayxan Mamayev və Tural Balcanlı qatılıb.

Avopa oyunlarının idman yarışları meneceri Dmitri Çigenev və idman mütəxəssisi Aytən Zeynalova karate döyüş idman növü, beynəlxalq karate təşkilatları və Azərbaycanda karatenin uğurları ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verməklə yanaşı, görüntülü infromasiya nümayiş etdiriblər. Federasiya prezidenti Yaşar Bəşirov ötən 20 illik dövrdə əldə edilən nəaliyyətlər barədə qısa məlumat verib. Sonra N.Əliyev, A.Mamayev və T.Balcanlının, eləcə də hakimlərin iştirakı ilə tatami üzərində karate yarışlarında zərbələr və müəyyən məqamlar praktiki olaraq iştirakçılara təbliğ edilib.

Tədbir təşkilat komitəsi tərəfindən əyləncəli-intellektual viktorina ilə davam edib.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.