21 noyabr 2014 20:00

WKF, AKF və MKF rəhbərliyi baş sponsor ABB rəhbəri ilə görüşdü

Dünya və Avropa Karate Federasiyalarının prezidenti Antonio Espionos və Avropa Karate Federasiyasının baş katibi Stepan Selan Bakıya növbəti səfəri zamanı Milli Karate Federasiyasının (MKF) Baş sponsoru Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin sədri Cahangir Hacıyev ilə görüşüblər. Azerisport.az xəbər verir ki, MKF prezidenti Yaşar Bəşirov da görüşdə iştirak edib. C.Hacıyev Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, həmçinin qazanılan yüksək nəticələrin ölkə prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti sayəsində əldə edildiyini nəzərə çatdırıb.

A.Espinos Azərbaycan karate idmanının ilbəil artan uğurlarından razı qaldığını, federasiyanın bir çox ölkələrə nümunə ola biləcək fəaliyyətindən məmnun olduğunu və Avopra oyunlarında da yüksək nəticələr qazanacağına inandığını ifadə edib. O həmçinin hərtərəfli dəstəyə görə, baş sponsor ABB rəhbərinə minnətdarlığını bildirib. Görüş zamanı Antonio Espinos Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin yeni üzvü Yaşar Bəşirova rəsmi nişanı təqdim edib.

Görüşün sonunda qonaqlara Azərbaycanın rəmzlərini əks etdirən xatirə hədiyyələri verilib.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.