5 noyabr 2014 21:00

DÇ öncəsi Dünya Karate Federasiyasının konqresi keçirildi

Almaniyanın Bremen şəhərində 22-ci Dünya çempionatından əvvəl Dünya Karate Federasiyasının (WKF) növbəti Konqresi keçirilib. Azerisport.az xəbər verir ki, 120-dək ölkə nümayəndələrinin iştirakı ilə konqresdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın video müraciəti dinlənilib.

O bildirib ki, idman növləri arasında xüsusi populyarlığı olan karate idmanı Olimpiya oyunlarının proqramına layiqli namizədlərdən biridir və bu sahədə fəallıq getdikcə daha çox özünü göstərməkdədi.

WKF prezidenti Antonio Espinosun giriş niqtindən sonra, konqres gündəlikdə duran məsələlərin həlli ilə davam etdirilib. Konqres ərəfəsində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və birinci vitse-prezident İlham Qasımzadə müxtəlif ölkələrin karate federasiyalarının rəhbərli ilə görüşdə faydalı diskussiyalar aparıblar. Konqresdən əvvəl həmçinin yığıncağın keçirildiyi məkanda xüsusi guşədə Azərbaycanın müxtəlif sahələrdə inkişafını əks etdirən məlumat bukletləri və baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən xatirə hədiyyələri təqdim edilib. (Federasiyanın rəsmi saytı)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.