1 noyabr 2014 19:05

Azərbaycan DÇ-yə hazırlığı başa vurmaq üzrədi

Azərbaycan milli komandası ilin ən məsul yarışı ərəfəsindədir. Karateçilərimizi noyabrın əvvəlində Almaniyanın Bremen şəhərində dünya çempionatı gözləyir. Milli komandanın baş məşqçisi Rəhman Hətəmov, köməkçi məşqçi Rəşad Hüseynov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov və kata üzrə böyük məşqçi Vahid Ayvazov federasiyanın "Şəfa" İdman Sağlamlıq Mərkəzində idman zallarında son hazırlıqları keçirlər.

Məşqçilər heyəti Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafiz Həsənov (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyevadan (-61 kq) ibarət heyətin dünya çempionatında iştirak etməsinə üstünlük verib. Rafael Ağayev (-75 kq) və Asiman Qurbanlı (+84 kq) zədəli olduqlarından yarışa yollana bilməyəcəklər. İdmançılarımız fərdi çıxışlardan başqa komanda kumite yarışlarına da qatılacaqlar. Bu ilin mayında Finlandiyada komanda yarışlarında Avropa çempionu olan Tural Ağalarzadə, Şahin Atamov, Niyazi Əliyev, Ayxan Mamayev və Rafiz Həsənovdan əlavə, bu dəfə heyətə Pənah Abdullayev və Orxan Heydərli də cəlb edilib.

Beynəlxalq hakimlərimiz də dünya çempionatına böyük heyətlə yollanacaqlar. Hakimlər Komitəsinin sədri Cahangir Babayevdən başqa Yusif Məmmədov, Anar Allahverdiyev, Şahin Xudaverdiyev, Vüqar Kərimov, Rənad Əliyev və Nərgiz Mehdiyeva yarışı idarə edənlər arasında olacaq. Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə geniş tərkibli heyət dünya çempionatına noyabrın 3-də yola düşəcək. Dünya çempionatı 5-9 noyabr tarixlərində keçiriləcək.

Bu məsul yarışdan bir gün əvvəl, noyabrın 4-də isə Dünya Karate Federasiyasının Konqresi və təşkilatın İcraiyyə Komitəsinə seçkilər keçiriləcək. 16 üzvü olan İcraiyyə Komitəsinə Avropa Karate Federasiyasının 5 nümayəndəsi üzv ola bilər. Bu yerlərə namizədlər arasında olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov seçkilərdə iştirak edəcək.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.