13 avqust 2014 00:23

Millimiz DÇ-yə hazırlaşır

Azərbaycan Milli Karate Federasiyasının 20 illik tarixində ilk dəfə bu il mayın əvvəlində Finlandyada komandalar arasında Avropa çempionu olan milli komandamızın növbti hədəfi payızda dünya çempionatında da uğurla çıxış etməkdir. Azerisport.az xəbər verir ki, bu məqsədlə karateçilərimiz noyabrın ilk günlərində Almaniyanın Bremen şəhərində mötəbər yarışa hazırlıqlara başlayıb.

İdmançılarımız Şəfa İdman Sağlamlıq Mərkəzində əsas təlim-məşqlərin bir hissəsini Nardaran çimərliklərində keçirir. Qazaxıstan seçmə komandasının bir neçə üzvü bu dəfə də idmançılarımızla birgə hazırlıqlar keçməyə üstünlük veriblər.

Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynov, həmçinin komandanın üzvləri qarşıda duran ciddi vəzifənin öhdəsindən gəlmək üçün bacarıqlarını əsirgəməyəcəklərini bildiriblər. Zədəsi yeni bərpa olan Rəfael Ağayev və Türkiyədə seminara dəvət alan Şahin Atamov hələki təlim-məşqlərdə iştirak etmirlər. Milli komandamızı sentyabrın birinci yarısında iki yarış gözləyir. Karateçilərimiz əvvəlcə İstanbulda nüfuzlu Premyer Liqa turnirinə, ondan bir həftə sonra isə paytaxtımızda növbəti "Baku Open" turnirinə qatılacaqlar.

İdmançılarımızın durumu və planlaşdırılarn işlər barədə baş məşqçi R.Hətəmov müsahibəsində ətraflı məlumat verib. Əməkdar məşqçi ili uğurla başa vurulmaq üçün nikbin fikirdədir.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.