13 iyun 2014 14:44

ABB yığmamızın üzvlərini mükafatlandırdı

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə heyətinin sədri Cahangir Hacıyev federasiya rəhbərliyini, eləcə də mayın ilk günlərində Finlandiyanın Tampere şəhərində komandalar arasında Avropa çempionu və fərdi yarışların mükafatçıları olan əsas milli komandanın üzvlərini qəbul edib. Azerisport.az xəbər verir ki, görüşdə federasiyanın yaranmasının 20 illik tarixində ilk belə uğur əldə etdiyinə görə məşqçi və idmançıları, həmçinin rəhəbrliyi təbrik edən C.Hacıyev onların qarşıdakı mötəbər yarışlarda da Azərbaycanın bayrağını uca tutacaqlarına inandığını bildirib və idmana olan bütün qayğının möhtərəm prezidentimiz və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev cənabları tərəfindən qaynaqlandığını diqqətə çatdırıb.

Qitə çempionatında milli komandanın kapitanı və -84 kq çəki dərəcəsində gümüş mükafatçı Şahin Atamova 2 otaqlı mənzil hədiyyə edilib. Bundan başqa komanda yarışlarında Avropa çempionu olan milli komandamızın baş məşqçisi Rəhman Hətəmova, onun kəməkçisi Rəşad Hüseynova, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədova, böyük məşqçi Şahin Xudaverdiyevə, idmançılar Şahin Atamov, Niyazi Əliyev, Asiman Qurbanlı, Ayxan Mamayev, Rafiz Həsənov və Tural Ağalarzadəyə, Nuranə Əliyevaya, həmçinin peşəkar fəaliyyətə görə Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmova pul mükafatları təqdim edilib.

AMKF-in prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə və milli komandaların baş məşqçisi Rəhman Hətəmov diqqət və qayğıya görə ABB İdarə heyətinin sədri Cahangir Hacıyevə minnətdarlığını bildirərək, onlara göstərilən etimadı daima doğrultmağa çalışacaqlarını qeyd ediblər. İdmançılar adından təşəkkür edən Şahin Atamov onlara verilən dəyərin idmançılarda böyük ruh yüksəkliyi yaratdığını və növbəti uğurlara nail olmaq üçün böyük stimul olduğunu deyib.

Sonda Azərbaycanda karatenin daha da kütləvi inkişafına nail olmaq məqsədilə federasiya rəhbərlyindən konkret iş planı hazırlamasını tövsiyyə edən C.Hacıyev, idmançılardan noyabrda Almaniyada Dünya çempionatından və əsas hədəf kimi 2015-ci ild Bakıda ilk Avropa Oyunlarında yüksək nəticələr gözlədiyini bildirib. O, bu nəticələr üçün baş sponsorun hər bir sahədə dəstəyini əsirgəməyəcəyini nəzərə çatdırıb. Görüşün sonunda xatirə şəkli çəkilib. (AMKF-in mətbuat xidməti)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.