8 iyun 2014 18:33

Karateçilərimiz bürüncə sahib oldular

Böyük məşqçilər Şahin Xudaverdiyevlə Anar Allahverdiyevin rəhbərliyi ilə İzmirdə karate üzrə komandalararası 12-ci Regional Avropa çempionatında iştirak edən oğlanlardan ibarət komandamız bürünc medallara sahib olub. Azerisport.az xəbər verir ki, Ülvi Qurbanov, Murad Balakişiyev, Murad Hacızadə, Elcan Məmmədrzayev və Vüsal Kamallıdan ibarət komandamız Yunanıstan (2:2) və Serbiyalı (2:0) rəqiblərə qalib gəldikdən sonra Türkiyə idmançılarına uduzaraq təsəlliverici görüşdə Serbiyanın (3:1) digər klubunu məğlub ediblər.
İlk dəfədir ki, bu nüfuzlu yarışda tatamiyə çıxan Fəridə Əliyeva, Aytac Əliyeva və Şölə Həsənovadan ibarət qızlar komandamız isə təsəlliverici görüşdə bürünc medalları əldən veriblər. Serbiya (2:0) komandası üzərində qələbədən sonra Fransalı (1:2) rəqibə uduzan qızlarımız üçüncü yer uğrunda əvvəlcə Türkiyənin Ege bölgəsinin komandasından (2:1) üstün olsalar da, həlledici görüşdə Türkiyənin Akdeniz bölgəsinin klubuna (0:2) məğlub olaraq 5-ci yeri tutublar.
Final döyüşləri iyunun 8-də keçiriləcək. Yarışda 19 ölkənin 115 klubunu təmsil edən 485 idmançı iştirak edib. Təşkilatçı ölkə ilə birgə Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Makedoniya, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, Çernoqoriya, Rumıniya, Rusiya, Srebiya, Slovakiya, İspaniya və İsveçrədən olan komandalar "Halkapinar" İdman arenasında medallar uğrunda mübarizə aparıblar.
Azərbaycanı yarışda 3 qız və 5 oğlandan ibarət komandalar, həmçinin 5 beynəlxalq hakim təmsil edib. Azərbaycan hakimləri dərəcələrini artırmaq üçün Avropa Karate Federasiyasının Hakimlər komitəsi qarşısında imtahan veriblər. Nəzəri və praktiki hissələrdən ibarət imtahanlarda beynəlxalq hakimlərimizdən Yusif Məmmədov, Nərgiz Mehdiyeva və Vüqar Kərimov dərəcələrini artırmağa nail olublar. 
Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 2012-ci ildə Moskvada Komandalar arası 10-cu Regional Avropa çempionatının qalibi olublar. 7-8 iyun tarixlərində yarışa ayın 5-də yollanan idmançılarımız iyunun 10-da vətənə dönəcəklər.
(AMKF)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.