29 may 2014 11:44

Məktəbli Ulduzlar layihəsi uğurla başa çatdı

Azərbaycan Milli Karate Federasiyası (AMKF) və baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) növbəti birgə layihəsi başa çatıb. Azeripsort.az xəbər verir ki, yeniyetmə və gənclərdən ibarət seçmə komandaların üzvlərini təhsil aldıqları orta məktəblərdə dəstəkləmək məqsədi ilə həyata keçirilən «Məktəbli Ulduzlar» layihəsi Bakı və Abşeron ərazisinin 16 orta təhsil ocağını əhatə edib.
AMKF-in Media və İctimaiyyətlə əlaqələr şöbəsinin reallaşdırdığı «Məktəbli Ulduzlar» layihəsində Azərbaycanın ən titullu karate ustalarından dəfələrlə dünya və Avropa çempionatlarının, eləcə də, mötəbər beynəlxalq turnirlərin qalib və mükafatçıları Rafael Ağayev, Şahin Atamov və Niyazi Əliyev iştirak ediblər. Aşağı yaş qrupları üzrə seçmə komandaların üzvlərinin məşqlər və yarışlarda iştirak etməsinə şərait yaratdıqları üçün təhsil ocaqlarının direktorlarına AMKF və ABB-nin təsis etdiyi fəxri fərmanlar, təşəkkür məktubları və federasiyanın uğurlarını əks etdirən illik təqvimlər təqdim edilib.
Layihəni yüksək qiymətləndirən orta məktəb direktorları belə işlərin davam etdirilməsinin şagirdlər arasında idmana daha çox maraq yaradacağını bildiriblər.
AMKF və ABB-nin ölkədə karatenin təbliği və kütləviliyi istiqamətində birgə layihələri bundan sonra da davam etdiriləcək.
(AMKF)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.