16 may 2014 00:17

Milli Karate Federasiyasının iclası keçirilib

Mayın ilk günlərində Finlandiyanın Tampere şəhərində Avropa çempionatı, daha sonra isə Qətər Əmirliyinin paytaxtı Dohada uğurlu çıxışlardan sonra Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi hər iki yarışın nəticələrini təhlil etmək üçün idmançılarla birgə yığıncaq keçirib. Azerisport.az xəbər verir ki, iclasda federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov, baş katib Mircabbar Seyidov, baş məşqçi Rəhman Hətəmov, hakimlər komitəsinin sədri Cahangir Babayev, eləcə də, gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev, kata üzrə böyük məşqçi Vahid Ayvazov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov fikirlərini bildiriblər.
Federasiya rəhbərliyi milli komandamıza ilk dəfə komandalar arasında Avropa çempionu olmağı münasibətilə təbriklər söyləyib, bu tarixi uğurun federasiyanın 20 illik yubileyinə ən böyük töhfə olduğunu diqqətə çatdırıb. Onlara bir daha dopinqlə mübarizəni diqqətdə saxlamaq və zədələrdən qorunmaq kimi vacib məqamlar tövsiyə edilib.
İdmançılara həmçinin maliyyə şəffaflığını təmin etmək üçün baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfdən maliyyə dəstəyinin müəyyən xərcləri açıqlanıb. Qarşıda duran digər vəzifələr diqqətə çatdırılıb, cari məsələlər müzakirə olunub. Yığıncağın sonunda federasiyanın fərqlənən üzvlərinə növbəti beynəlxalq dan sertifikatları təqdim olunub. AMKF-in birinci-vitse prezidenti İlham Qasımzadəyə və hakimlər komitəsinin sədri Cahangir Babayevə 5-ci dan, dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayevə isə 4-cü dan verilib. Yığıncaq ziyafətlə davam edib.
(AMKF)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.