4 may 2014 19:11

Karate yığmamız AÇ-nin qalibi oldu

Azərbaycan milli komandası Finlandiyanın Tampere şəhərində 39-cu Avropa çempionatının qalibi olub. Azerisport.az xəbər verir ki, baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə Asiman Qurbanlı, Niyazi Əliyev, Tural Ağalarzadə, Şahin Atamov, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız çempionluq yolunda dörd güclü rəqibinə qalib gəlib.
Latviya komandasını 3:0, dünya çempionatının finalında hakimlərin dəstəyi ilə milli komandamıza qalib gəlmiş Serbiyanı 2:1, yarımfinalda isə Hollandiyanı 2:0 hesabı ilə məğlub etmiş idmançılarımız finalda favoritlərdən olan Türkiyəli rəqiblərini məğlub edərək tarixində ilk dəfə komanda kumite yarışlarının Avropa çempionu olublar.

Fərdi kumite yarışlarında Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) gümüş medalları, Nuranə Əliyevanın isə (-50 kq) bürünc mükafatı ilə birlikdə ümumi nəticədə Azərbaycan 23 medal qazana bilən ölkə arasında 4-cü pilləyə yüksəlib.
Milli komandamız 6 may tarixində vətənə dönəcək.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.