3 may 2014 00:48

AMKF rəhbərliyi WKF və EKF prezidenti Antonio Espinosla növbəti görüşünü keçirib

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyinin və Dünya və Avropa Karate Federasiyasının (WKF və EKF) prezidenti Antonio Espinosla növbəti görüşü olub. Azerisport.az xəbər verir ki, AMKF prezidenti Yaşar Bəşirov və federasiyanın birinci vitse-prezidenti İlham Qasımzadə A. Espinosa Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı son hazırlıq işləri haqda məlumat veriblər.
Milli Karate federasiyasının rəsmiləri bildiriblər ki, son aylar baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən diqqətin ötən illərə nisbətən daha da artırılması sayəsində fəaliyyət gücləndirilib, bir sıra işlər həyata keçirilib və bu proses davam etməkdədir.
Əvvəlki yarışlar da daxil olmaqla, Tamperedəki Avropa çempionatında iki idmançımızın fərdi kumite, milli komandamızın isə komanda kumite yarışının finala çıxmasını yüksək qiymətləndirən Antonio Espionos, bu nəticəni  Azərbaycanda idmanın və karatenin inkişafında dövlət dəstəyinin bir nümunəsi kimi dəyərləndirib. Dəfələrlə ölkəmizdə səfərdən xoş hisslərlə döndüyünü qeyd edən WKF və EKF prezidenti Bakı 2015 ilk Avropa Oyunlarında Avropa karate ailəsinin də məmnun qalacağına inandığını bildirib. 
(AMKF)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.