1 may 2014 11:11

Avropa Karate Federasiyasının növbəti Konqresi keçirilib

Finlandiyanın Tampere şəhərində Avropa Karate Federasiyasının növbəti Konqresi keçirilib. Azerisport.az xəbər verir ki, 15-dək məsələnin daxil edildiyi konqresdə Bakı-2015 ilk Avropa Oyunlarına xüsusi yer ayrılıb.

Dünya Karate Federasiyası (WKF) və Avropa Karate Federasiyasının (EKF) prezidenti Antonio Espinoz Bakı-2015 ilk Avropa Oyunlarının karatenin daha da inkişafında mühüm rol oynayacağına əmin olduğunu söyləyib. O, bildirib ki, ölkə prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin və Bakı-2015 ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xüsusi diqqətində olan bu mötəbər yarışa Azərbaycan dövlət səviyyəsində hazırlaşır. Karate yarışlarında Azərbaycan idmançılarının aşkar favoritlərdən olduğunu nəzərə çatdıran Antonio Espinoz həmçinin, qeyd edib ki, qarşıdakı Avropa oyunları karate döyüş idman növünün Olimpiya oyunlarının proqramına daxil edilmə imkanlarını dəfələrlə artıracaq. Antonio Espinos həmçinin, yüksək nəticələr və görülən effektli işlərlə bağlı ölkə prezidenti İlham Əliyevə və Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib.

Sonra Bakı-2015 Avropa Oyunlarında karate yarışlarının keçirilmə qaydası və texniki məsələlərlə bağlı konqres iştirakçılarına ətraflı məlumat verilib. EKF-in baş katibi Stefan Selan və digər rəsmilər 2013-cü ildə Budapeştdə ötən konqresdə qərara alınan məsələlərin həllini müzakirə ediblər. Təşkilatın keçən il maliyyə və auditor hesabatı dinlənilib, 2015-ci ilin büdcəsi təsdiqlənib. Bundan başqa bu ilin noyabrında Almaniyanın Bremen şəhərində böyüklərin dünya çempionatında fiziki qüsurlu idmançıların iştirak edəcəyi bildirilib. Bu Avropa çempionatında ilk dəfə yeni platforma ilə video təkrarlardan istifadə ediləcəyi diqqətə çatdırılıb.
 

onqres Avropa Karate Federasiyasıının qarşıdakı rəsmi yarışlarının təqdimatı ilə davam edib. O cümlədən, bu il İzmirdə komandalar arası Regional çempionatın, 2015-ci ilin əvvəlində İsveçrədə Yeniyetmə və gənclərin Avropa çempionatının, İstanbulda böyüklərin Avropa çempionatının və Fransada komandalar arası Regional çempionatın videoçarxları nümayiş etdirilib. Bu yarışların təşkilat komitələrinin üzvləri geniş məlumat veriblər. Cari məsələlərin müzakirəsindən sonra EKF-in növbəti Konqresinin 18 mart 2015-ci il tarixində İstanbulda böyüklərin Avropa çempionatından əvvəl keçiriləcəyi açıqlanıb.

(AMKF)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.