10 aprel 2014 16:00

Milli Karate Federasiyası növbəti iclasını keçirib

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi növbəti yığıncaq keçirib. Azerisport.az xəbər verir ki, federasiya rəhbərliyinin məşqçilər, hakimlər və milli komandaların üzvləri ilə birgə keçirdiyi iclasda 4-6 aprel tarixlərində İstanbulda “Boğaziçi” açıq beynəlxalq turnirinin nəticələr təhlil edilib, 1-4 may tarixlərində Finlandiyanın Tampere şəhərində növbəti Avropa çempionatına hazırlıq işləri müzakirə olunub.

AMKF-in prezidenti Yaşar Bəşirov, I vitse-prezident İlham Qasımzadə və vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov və milli komandaların baş məşqçisi Rəhman Hətəmov 3 qızıl, 2 gümüş və 10 bürünc medaldan əlavə komanda yarışında birinci yeri tutan idmançılarımızın nəticələrini yüksək qiymətləndiriblər. Avropa çempionatı qabağı beynəlxalq təlim-məşqlərin və son turnirin əhəmiyyətli bir sınaq olduğu qeyd edilib. Baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən diqqətin daha da artmasını yığıncaq iştirakçılarına çatdıran federasiya rəhbərliyi onlara intizam qaydalarına daim əməl etmələrini, qarşıda qoyulan hədəflərə çatmaq üçün zədələrdən qorunmağı və qadağan olunmuş preparatlara qarşı diqqətin artırılması kimi vacib məqamlarla bağlı məsuliyyəti daha da artırmağı tövsiyə edib.

Müxtəlif yaş qrupları üzrə böyük məşqçilər Vahid Ayvazov, Rəfael Ağayev, Şahin Xudaverdiyev və Anar Allahverdiyev idmançılarda döyüş ruhunun artdığını son yarışlardakı nəticələrdən də aydın göründüyünü bildiriblər. Hakimlər komitəsinin sədri Cahangir Babayev beynəlxalq dərəcəli hakimlərin yarışlarda daha çox sayda təmsil olunması ilə onlarda təcrübənin artmasını, eləcə də bu amilin nəticələrə müəyyən qədər təsir göstərə bilməsini diqqətə çatdırıb.  İdmançılar adından federasiya rəhbərliyinə minnətdarlığını ifadə edən milli komandanın liderlərindən Şahin Atamov qarşıdakı Avropa çempionatına böyük səylə hazırlaşdıqlarını söyləyib.

(AMKF)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.