9 fevral 2014 11:55

Karateçilərimiz Portuqaliyada iki medal qazandı

Portuqaliyada 14-17 yaşlı yeniyetmə və gənclərin 41-ci, 18-21 yaşadək gənclərin isə 6-cı Avropa çempionatının ikinci yarış gününə yekun vurulub. Azerisport.az xəbər verir ki, 16-17 yaşlı gənclər arasında 9 karateçimizdən iki nəfəri müxtəlif əyarlı medallara sahib olublar.
Ülvi Qurbanov (-55 kq) gümüş medal, Hüseyn Əliyev (-61 kq) isə bürünc medal qazandı. Fəridə Əliyevanın (+59 kq) bürünc mükafat şansı olsa da, təəssüf ki, perspektivli karateçimiz təsəlliverici döyüşlərdə bu imkanı əldən verdi və ilk yeddilikdə yer alıb. Nisbətən aşağı nəticələrə gəlincə Lissabondakı yarışın birinci günü 14-15 yaşlı yeniyetmələr arasında 6 idmançımızdan yalnız Şölə Həsənova da (-47 kq) ilk yeddiliyə, ertəsi gün isə Tural Balcanlı doqquzluğa düşə bilib.
Fevralın 8-də, ikinci yarış günündə 16-17 yaşlı gənclərin kata və kumite, həmçinin 18-21 yaşadək qızların kata çıxışları keçirilib.
Lissabonun “Meo Arena” idman kompleksində fevralın 9-da yarışın axırıncı günü 18-21 yaşlı gənclər mübarizəyə qatılacaq. Bu yaş qrupu üzrə daha 4 karateçimiz kumite yarışlarında iştirak edəcək.
(MKF)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.