29 dekabr 2013 00:25

AMKF 2013-cü ilə yekun vurdu (FOTOLAR)

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) ilin yekunları ilə baglı yıgıncagı keçirilib. Azerisport.az xəbər verir ki, iclasda federasiya rəsmiləri, muxtəlif yas qrupları uzrə məsqcilər və hakimlər istirak edib.
 
AMKF-in prezidenti Yasar Bəsirov hesabat ilində bas verən dəyisiklik və yeniliklərlə baglı məlumat verib, yığıncaq iştirakçılarına yeni vəzifə təyinatlarını təqdim edib. 2014-cu ildə məsul yarısların oldugunu qeyd edən federasiya prezidenti, qarsıdakı turnirlərin əsas hədəfinin 2015-ci il Avropa oyunlarının oldugunu və bu motəbər idman tədbirinə ciddi hazırlasmagın vacibliyini deyib.
 
AMKF-in l vitse-prezidenti İlham Qasımzadə, Bakıda 2015 l Avropa Oyunları və 2017 lV İslam Həmrəyliyi Oyunlarına hazırlığın əsas hissəsi kimi karate döyüş idman növünə yeniyetmə və gənclərin cəlb olunması, eləcə də kütləviliyin artırılması üçün işlərin gücləndiriləcəyini nəzərə çatdırıb.     
 
Yığıncaqda AMKF-in vitse-prezidenti Yusif Məmmədov, Baş katib Mir-Cabbar Seyidov, Məşqçilər komitəsinin sədri, əsas milli komandanın baş məşqçisi Rəhman Hətəmov, Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazov və Hakimlər komitəsinin sədri Cahangir Babayev ötən ildə əldə edilən uğurlardan danışıblar, eyni zamanda qarşıda duran məsul öhdəliklərin yüskək səviyyədə yerinə yetirilməsi üçün təkliflərini bildiriblər.
 
İclasın sonunda AMKF-in yeni l vitse-prezidenti İlham Qasımzadəyə 5-ci dan fəxri sertifikatı təqdim edilib. Federasiyanın prezidenti Yaşar Bəşirov digər idman növləri ilə yanaşı karateyə də hər zaman böyük diqqət və qayğı göstərən ölkə prezidenti İlham Əliyevə minnətdarlıq edib. Qarşıdakı yarışlarda da Azərbaycanın liderlər sırasında mövqeyinin möhkəmləndirilməsində ciddi işlər görüləcəyini diqqətə çatdıran federasiya rəhbərliyi, Azərbaycan xalqına 2014-cü ildə xoş arzularını ifadə edib.
 
Tədbirin sonunda AMKF-ın baş sponsoru Azərbaycan Beynəlxalq Bankının qarşıdakı bayramlarla əlaqədar federasiya üzvlərinə və əsas milli komandanın idmançılarına təsis etdiyi pul mükafatları təqdim olunub.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.