31 oktyabr 2013 16:40

Millinin DÇ-yə gedəcək heyəti açıqlandı

Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız dünya çempionatına son hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, İspaniyanın Madrid ətrafı Quadalhara şəhərində 8-ci mundialda 13 nəfərdən ibarət heyət iştirak edəcək. Milli komandanın üzvləri kata və kumite yarışlarında çıxış edəcəklər.
 
Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Rafael Ağayevdən ibarət məşqçilər korpusu dünya çempionatında aşağıda adları qeyd edilən idmançıların iştirak etməsini lazım bilib.
 
Yeniyetmələr (14-15 yaş)
1. İlqar Hüseynzadə (-52 kq, kumite)
2. Cavid Qəniyev (-57 kq, kumite)
3. İsa Məmmədov (-63 kq, kumite)
4. (+54 kq) Fəridə Əliyev (Kumite)
5. Roman Heydərov (Kata)
 
Gənclər (16-17 yaş)
1. Ülvi Qurbanov (-55 kq, kumite)
2. Hüseyin Əliyev (-61 kq, kumite)
3. Muraz Atakişiyev (+68 kq, kumite)
4. Asiya Məlikova (-48 kq, kumite)
5. Aytac Əliyeva (+53 kq, kumite)
 
Gənclər (18-20 yaş)
1. Tural Ağazadə (+68 kq, kumite)
2. Şahin Quluzadə (-78 kq, kumite)
4. Pənah Abdullayev (+78 kq, kumite)
5. Tural Balcanlı (Kata)
 
İspaniyada yeniyetmə və gənclərin növəbti dünya çempionatına yollanan milli komandaya Azərbaycan Milli Karate Federasiyasının prezidenti, 7 dan qara kəmər sahibi Yaşar Bəşirov rəhbərlik edir. Mundialın hakimləri arasında beynəlxalq dərəcəli referilərimiz Yusif Məmmədov, Jahangir Babayev, Ranad Əliyev, Vüqar Kərimov və Nərgiz Mehdiyeva da yer alacaq. Hakimlər milli komandadan 5 gün əvvəl yarışa gedəcəklər. Dünya çempionatına noyabrın 5-də yola düşən karateçilərimiz ayın 11-də vətənə dönəcəklər.
 
Xatırladaq ki, gənclər və yeniyetmlər arasında dünya çempionatı iki ildən bir keçirilir. 2011-ci ildə Malayziyanın Maleka şəhərində 7-ci mundialda Ayxan Mamayev (-78 kq) qızıl medal qazanıb.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.