30 sentyabr 2013 18:35

Antonio Espinoza: Rafael Ağayevin dünya karatesinin inkişafında böyük əməyi var

Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza Palembanq şəhərində səfərdədi. Dünya karatesinin rəhbəri azerisport.az saytına müsahibə verib.
 
- İzlədiyiniz görüşlər haqda nə deyə bilərsiniz?
- Palembanqda İslam Oyunlarına maraq çoxdu. Xüsusilə karate növünə. İdmançıların fədakarcasına mübarizəsini izləyəndə çox sevinirəm. Gördüklərimdən razı qaldım. Bütün komandalar yaxşı mübarizə sərgilədi. Təbii ki, hamı qalib ola bilməz. Gərək məğlub olanda olsun. Fikrimcə, nəticələr ədalətlidi.
 
- Azərbaycan karateçilərinin çıxışı barədə nə deyə bilərsiniz?
- Sizin idmançılar artıq birinci gün qızıl medal qazandı. Bu gün izlədiyim görüşlərdə daha 1 qızıl medal əldə etdiniz. Uğurlarınız çoxdu. Karate Azərbaycanda çox sevilir. Çünki sizin karateçiləriniz dünyanın ən güclüləri sırasındadı.
 
- İki qızılı Rafael Ağayev qazandı..
- Rafael güclü və fenomemal idmançıdı. Dünya karatesinin inkişafında onun böyük rolu var. Ağayev istənilən yarışın favoritidi. Ona görə onun qələbəsi sürpriz olmadı.
 
- 2015-ci ildə Bakıda 1-ci Avropa Oyunları keçiriləcək. Mötəbər yarışa daxil edilən idman növləri sırasında karate də var...
- Azərbaycanda idmana dövlət səviyyəsində diqqət göstərilir. Avropa Oyunlarına az vaxt qalmasına baxmayaraq sizin böyük təcrübənizin olduğunu deməliyəm. Bütün idman növləti üzrə böyük yarışlar keçirmisiniz. Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcəyinizə əminəm. Karatenin orada olması bizi sevindirir. Bu bizim idman növü üçün əlamətdar hadisədi. Yayda Azərbaycana səfər zamanı bu barədə müzakilərimiz oldu. Fikrimcə azarkeşlər maraqlı karate görüşlərini izləyəcək.
 
- Karatenin yay olimpiya sıralarına düşməsi yaxın gələcəkdə reallaşa bilərmi?
- Biz bu yolda çalışırıq. Yay Olimpiya Oyunları sırasına düşmək çətin və məsuliyyətlidi. Bir sıra tələbləri həyata keçirmək lazımdı. Yaxınlarda keçiriləcək yarışlar karatenin nüfuzunu daha da artıracaq. Biz öz yolumuzdan dönməyəcəyik.
 
- İslam Oyunlarının təşkilatçılığı barədə nə fikirdəsiniz?
- Mən karate görüşlərini izlədim və hər şeydən razı qaldım. Bəzi kiçik nüanslar ola bilər. Amma onlar aradan qaldırılacaq. Böyük yarışları keçirmək asan deyil. Ona görə bəzən müəyyən çətinliklər üzə çıxır.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.