27 sentyabr 2013 17:38

“Mənim üçün çox yaddaqalan yarış oldu”

Xəbər verdiyimiz kimi, İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarında uğurlu çıxışla yadda qalan Azərbaycan karate yığması bu gün vətənə dönüb. Azerisport.az xəbər verir ki, "Qəbələ" karateçiləri - Rafael Ağayev və Rafiz Həsənovun yer aldığı yığma komanda Heydər Əliyev Bəynəlxalq Hava Limanında idmansevərlər tərəfindən coşqu ilə qarşılanıb.
 
Qarşılama mərasiminin ardından media nümayəndələri üçün brifinq təşkil olunub. İslamiadadan 2 qızılla (fərdi və komanda yarışında) dönən "Qəbələ" karateçisi Rafael Ağayev yarış barədə təəssüratlarını bölüşüb:
 
"İslam Oyunlarına yaxşı hazırlaşmışdıq. Yarışın çətin keçəcəyini bilirdik. Şükürlər olsun ki, uğurlü nəticə ilə - 3 qızıl, 2 gümüşlə vətənə döndük. Mənim üçün çox yaddaqalan yarış oldu. 8 il bundan öncə yığma komanda ilə ilk turnirə qatılarkən mən heyətdəki ən gənc idmançı idim. Bu dəfə isə yığmanın ən təcrübəli karateçisi kimi yarışa yollanmışdım. Çəkimdə favorit hesab olunurdum. Ümidləri doğrultduğuma görə sevincliyəm. Komanda yarışımız da çox maraqlı və çətin keçdi. Finalda dünyanın ən güclü komandalarından hesab olunan İran təmsilçilərini məğlub etdik. Bizə dəstək verən hər kəsə təşəkkür edirik".
 
Azərbaycanı və "Qəbələ"ni İslamiadada təmsil edən digər karateçimiz Rafiz Həsənov qələbəyə görə sevincli olduğunu bildirib. O, gələcək hədəfləri barədə də açıqlama verib: "Vətənə medallarla döndüyümüzə görə sevincliyik. Düşünürəm ki, layiqli qələbələr qazandıq. Qarşıdan bizi mötəbər yarışlar - 2014-cü il Dünya və Avropa çempionatları, ardından isə 2015-ci il Avropa Olimpiya Oyunları gözləyir. Məqsədim sözügedən yarışlara ciddi hazırlaşmaq və mükafatçılar sırasında yer almaqdır". (klub saytı)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.