21 sentyabr 2012 13:55

Rafael Ağayev: Başa düşdüm ki, problemlərimi həll etməyin vaxtıdı

Bir neçə gün bundan əvvəl məşhur Azərbaycan karateçisi Rafael Ağayevin Rusiyaya getməsi məlum oldu. Azerisport.az xəbər verir ki, məhz bundan sonra dəfələrlə dünya və Avropa çempionunun vətəni həmişəlik tərk etməsi barədə müxtəlif şayiələr meydana gəldi. Müxbirimiz Ağayevlə əlaqə saxlayıb bəzi sualları cavablandırmasını istədi. 
 
- Səsinizi eşitməyə şadam. Bilmirəm xəbəriniz var ya yox, amma burada sizin həmişəlik Azərbaycanı tərk etməyiniz barədə danışırlar...
- Düşünməmişdim ki, Novosibirskə getməyim barədə bu cür əhvalatlar danışacaqlar. Mən məşhur veteran karateçi Veniamin Pakın rəhbərlik etdiyi “Uspex” klubuna getmişdim. Burada heç bir sirr yoxdur - seminarlar keçirirəm, məşq edirəm, təcrübəmlə bölüşürəm. 
 
- Səhv etmirəmsə, bu, sizin xaricdə ilk seminarınız deyil. Siz əvvəllər də müxtəlif ölkələrdə belə seminarlar keçmisiz. 
- Haqlısınız. Seminar keçirmək karate dünyasında normaldır. Bir çox məşhur karate ustalarını müxtəlif ölkələrə dəvət edirlər ki, onlar öz təcrübələri ilə bölüşsünlər. Mən neçə illərdir karate idmanındayam, çoxlu titullarım var və buna görə məni müxtəlif ölkələrə dəvət edirlər. Mən də məmnuniyyətlə təcrübəmlə bölüşürəm. 
 
- Məlumdur ki, siz, karate dünyasında qəbul olunduğu kimi təcrübənizlə pulsuz bölüşmürsünüz.
- Biz XXI əsrdə yaşayırıq, profesional idmanı təmsil edirik. Siz bir nəfər də məşhur karate ustası tapa bilməzsiniz ki, o, öz təcrübəsini gənc karateçilərə pulsuz çatdırsın. Mən Azərbaycanı həmişəlik tərk edə biləcəyimi düşünən insanları sadəcə anlamıram. Lakin etiraf edirəm ki, son zamanlar federasiyamızda maliyyə problemləri meydana gəlib ki, bu da bizim nəticələrimizdə özünü göstərir. 
 
- Əvvəllər bu barədə heç kim danışmamışdı. Nə baş verib? 
- Əvvəllər bizim maliyyə problemimiz olmayıb. Azərbaycan Beynəlxalq Bankı sayəsində, altı il ərzində sponsorluq edərək karate idmanına kömək etmişdir. Əlavə problemlər olmadan məşq etmək və heç nə barədə düşünmədən yarışlara getmək üçün idmançıya nə lazımdır? Məhz Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi bizim problemləri həll edirdi: biz yaxşı təqaüd alırdıq, təlim məşq toplantılarına və yarışlara gedirdik, dünya və Avropa çempionatlarında qələbə qazandıqdan sonra ev və maşınla mükafatlandırılırdıq.Əlbəttə, bu vəziyyət bizim üçün rahat idi, lakin bu həmişəlik davam edə bilməzdi. Onlara hər şeyə görə minnətdaram. Açıq etiraf edirəm, Milli Karate Federasiyasının sponsoru olub-olmadığını bilmirəm. Hesab edirəm ki, bu məsələ ilə çoxdan Gənclər və İdman Nazirliyi məşğul olmalı idi. 
 
- Doğrudanmı bu problemlər ona gətirib çıxartdı ki, siz tədricən idmandan gedirsiz? Məşqçilik karyerası ilə məşğul olmusunuz və seminarlara gedirsiz. 
- Mən başa düşdüm ki, öz problemlərimi özüm həll etməyin vaxtıdır. Mən böyük idmanda ilk addımlarını atan gənc deyiləm. Neçə illərdir dünya arenasında çıxış edirəm və karyeranın digər pilləsinə keçmək vaxtıdır. Düşünmürəm ki, idmandan başqa bir işlə məşğul ola bilərəm. Buna görə də məşqçilik karyerası ilə məşğul olmaq qərarına gəldim. Artıq öz tələbələrimi Avropa və dünya birinciliklərinə hazırlayıram. Şəxsi karyerama gəldikdə, nə qədər ki gücüm var, çıxış edəcəm. Müxtəlif seminarlara da gedəcəm.

 

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.