19 iyul 2012 00:53
Azərbaycan üçün dünya çempionatında iki bürünc medal
Bratislavada (Slovakiya) tələbələr arasında karate üzrə dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması komanda birinciliyində üçüncü yeri tutub.
Ayxan Mamayev (75 kq) və Şahin Atamov (84 kq-dan çox) öz çəki dərəcələrində bürünc medallar qazanıblar.
Bu yarışlarda dünyanın 47 ölkəsindən 500-dən çox idmançı iştirak edirdi. Qeyd etmək lazımdı ki, Azərbaycan yığması komanda birinciliyində bundan əvvəlki dünya çempionatında göstərdiyi nəticəni təkrarlayıb. Fərq yalnız ondan ibarətdi ki, əvvəlki dünya çempionatında bizim idmançılar öz çəki dərəcələrində iki qızıl medal qazanmışdılar.
Karateçilərimizin bu çempionatda iştirak etməsi Azərbaycan Gənclər və İdman Nazirliyinin və “Gənclik” könüllü idman cəmiyyətinin dəstəyi sayəsində mümkün olub.
