27 mart 2011 13:00

19-cu Azərbaycan çempionatı başa çatdı

“Sərhədçi” Idman Olimpiya mərkəzində karatenin WKF versiyası üzrə kişilər və qadınlar arasında kumite və kata üzrə 19-cu Azərbaycan çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən 25 komandanın tərkibində 117 idmançı ölkə çempionu adı uğrunda mübarizə aparıb.
 
Diqqət çəkən əsas məqam Dünya və Avropa çempionatlarında dəfələrlə çempion və mükafatçı olmuş Rafael Ağayev, Niyazi Əliyev, Rəşad Hüseynov, İsrafil Şirinov və Şahin Atamov kimi idmançıların Azərbaycan çempionatında iştirak etməsi olub ki, bu da yarışa marağı xeyli artırıb. Nəticələrə gəlincə, kişilərin kata yarışları “Çempion” klubunun üzvü Elvin Eyvazovun qələbəsilə başa çatıb.
 
Qadınların şəxsi kumite üzrə mübarizəsində 50 kq-da “Fərasət” klubundan Sevinc Mehdiyeva, 61 kq-da isə “Qara Qaplan” klubundan Surə Fərəcli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilərin şəxsi kumite üzrə mübarizəsinə gəlincə, orta çəkilərdə sensassiya baş verməyib. 60 kq-da “Qara Qaplan” klubundan Ceyhun Mustafayev finalda Fövqəladə Hallar Nazirliyi (FHN) idman klubunu təmsil edən Tural Ələkbərlini məğlub edib. 67 və 75 kq cəki dərəcələrinin finallarında isə FHN nümayəndələri Niyazi Əliyev və Rafael Ağayev müvafiq olaraq “Musado” və “Çempion” klublarından olan rəqibləri Rəşad Hüseynov və Ayxan Mamayevi məğlubiyyətə uğradıblar.
 
Son 2 cəki dərəcəsində isə gənclər yığmasının üzvləri əsas komandadan olan rəqibləri üzərində qələbə qazanmaqla iddialarını ortaya qoyublar. 84 kq cəkinin həlledici qarşılaşmasında “Qara Qaplan” klubunun yetirməsi Asiman Qurbanlı “Musado”nu təmsil edən İsrafil Şirinovdan güclü olub. 84 kq-dan ağır cəkili idmançılar arasında isə “Cempion” klubunun karateçisi Orxan Heydərli “Qara Qaplan”ın şərəfini qoruyan Şahin Atamova qalib gəlib.
 
Yığma komandanın baş məşqçisi, Dünya və Avropa çempionu Rəhman Hatəmovun sözlərinə görə, gənclər yığmasının bir neçə üzvünün Azərbaycan çempionu olması və ya mükafatçılar sırasına düşməsi komandadaxili rəqabətin artmasının bariz göstəricisidir və təbii ki bu məşqçilər korpusunu sevindirməyə bilməz:
 
“Azərbaycan çempionatının yekunlarına əsasən mükafatçılar sırasına düşən karateçilərin iştirakı ilə təlim-məşq toplantıları təşkil olunacaq. Əsas məqsədimiz mayın 6-8-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq Avropa çempionatında uğurla çıxış etməkdir. Buna qədərsə idmançılarımız Turkiyə və ABŞ-da təşkil olunacaq 2 beynəlxalq turnirdə iştirak edəcəklər və bundan sonra Avropa çempionatına yollanacaq heyət müəyyənləşəcək”.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.