Futbol
Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim
Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
09 fevral, 2018 11:10
Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox
01 fevral, 2018 11:46
Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim
12 yanvar, 2017 18:10
İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim
10 yanvar, 2017 11:35
İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu
Kubokun finalına biletlərin qiyməti açıqlandı
Futbol üzrə Azərbaycan Kubokunun final oyununa biletlər sabahdan etibarən satışa çıxarılacaq.
Qus Hiddink yenidən Berti Foqtsa rəqib olur
Rusiyanın “Anji” klubunun baş məşqçisi Qus Hiddink yenidən Azərbaycan yığmasına və millimizin çalışdırıcısı Berti Foqtsa rəqib ola bilər.
Terimə Fenerbahçe ilə derbi öncəsi şad xəbər
Türkiyənin “Galatasaray” klubu “Fenerbahçe” ilə derbi oyunu öncəsi şad xəbər alıb.
İqor Mitreski: Üçqat Azərbaycan çempionu olmaq istəyirəm
İqor Mitreski: Çempionluqdan daha yaxşısı ancaq qızıl dubldu “Neftçi”nin müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində Premyer Liqanın 32-ci turunun “Qəbələ”yə qarşı keçirəcəkləri oyundan, mövsümün yekunlarından, ölkə kubokunun finalından, eləcə də Çempionlar Liqasından danışıb. - “Qəbələ” ilə oyun üçün hansısa motivasiya var? - Bəli. Düzdü biz sona iki tur qalmış çempionluğumuzu təmin etmişdik. Amma bu, o demək deyil ki, qalan oyunlarımız bizim üçün vacib deyil. Biz son tura kimi qələbə üçün oynayacağıq. Adi qaydada hazırlaşırıq. “Qəbələ” ciddi rəqibdi. Amma biz qələbə qazanıb, çempionluğumuzu layiqli şəkildə bayram etmək istəyirik. Hamıya məlumdu ki, mövsümü major notlarla bitirmək çox möhtəşəmdi. “Qəbələ” üzərində qələbə həm də “Bakı” ilə kubok oyunu öncəsi atmosferi daha da yaxşılaşdıra bilər. - Bu mövsümü “Neftçi” üçün necə dəyərləndirərdiz? - Komanda əla mövsüm keçirir. Hələ mövsümün əvvəlində prezident Sadıq Sadıqov, baş məşqçi Böyükağa Hacıyev bizə çempionluqdan danışmışdı. Odu ki, hamı bu hədəfə çatmaq üçün çalışırdı. Bizdə komanda ruhu var və birlikdə çox güclüyük. Buna görə də bütün rəqiblərimizi məğlub etməyi bacardıq. “Neftçi”nin bu qələbəsini ədalətli hesab edirəm. İndi qalır yalnız Azərbaycan kubokuna sahib çıxmaq. Çempionluqdan daha yaxşı ancaq “qızıl dubl”a imza atmaq ola bilər. - Klubla müqavilənizi yeniləmisiz? - Biz müqavilənin bütün detallarını müzakirə etmişik. Hətta onun imzalandığını da demək olar. Amma hələ şərtlər və müddət barədə danışmaq istəmirəm. Mən artıq bəyan etmişəm ki, karyeramı “Neftçi”də başa vurmaq istəyirəm. Kollektivdə gözəl atmosfer hökm sürür, diqqətli prezidentimiz, yaxşı baş məşqçimiz var. Futbolçu üçün daha nə lazımdı ki? Biz də öz növbəmizdə Çempionlar Liqasında ümidləri doğrultmağa çalışacağıq. - “Neftçi”də sizə belə gözəl münasibət hardandı? - Məni artıq yaşlı futbolçu adlandırmaq olar. 30-dan yuxarı yaşın varsa, komandanı dəyişmək yaxşı deyil. Əgər indi “Neftçi”də hər şey məni qane edirsə, niyə qalmamalıyam ki? Mənim ilk xarici klubum Moskva “Spartak”ı olub ki, onunla da Rusiya çempionu adını qazanmışam. İndi “Neftçi”də ardıcıl ikinci çempionluğumu bayram edirəm. Bu, sadəcə möhtəşəmdi. Gələcəkdə üçqat Azərbaycan çempionu olmağı arzulayıram. - Sizcə, “Neftçi”nin bu çempionluğu ötən ilki zəfərdən nə ilə fərqlənir? - Heyət baxımından həmin komandadı. Yalnız baş məşqçi dəyişilib. Aydın məsələdi ki, çempion heyəti qurmaq çox çətindi. Amma “Neftçi” ötən mövsüm bir neçə yaxşı transfer həyata keçirdi, döyüşkən kollektiv yarandı. Bu mövsüm isə həmin heyəti qoruyub saxlamaqla növbəti titulumuzu qazandıq. Hər iki mövsümdə biz hamıdan güclü idik. “Neftçi” ildən-ilə daha da güclü olur, təcrübə və xarakter toplayır. Lakin təbii ki, hər komandanın çatışmayan cəhətləri də olur. - “Bakı” ilə kubokun finalı barədə nə düşünürsüz? - Final oyunlarında favorit olmur. “Bakı” çempionatda uğursuz çıxış etsə də, finalda tam fərqli oyun sərgiləyəcək. Matç hər iki komanda üçün çətin keçəcək. “Zolaqlılar”la son çempionat oyununda tam heyətlə oynamadığımız üçün məğlub olduq. Final görüşündə isə meydana optimal heyətlə çıxacağıq. - Mümkün oyun sonrası penaltilərə hazırsız? - Biz kuboku qazanmaq istəyiriksə, hər şeyə hazır olmalıyıq. Amma buna vaxtında nail olmaq daha yaxşı olardı. - “Neftçi”dən Çempionlar Liqasında nə gözləyək? - Bizim ilkin hədəfimiz ikinci təsnifat mərhələsini uğurla adlamaqdı. ÇL-də hər ölkənin ən güclü komandası çıxış edir. Ona görə də çox şey püşkdən asılıdı. Əsas ilk mərhələni keçməkdi, sonrasına da baxarıq. Təbii ki, istənilən rəqiblə oynamağa hazırıq. Lakin ilk növbədə öz oyunumuz haqda düşünməliyik, rəqib barədə yox.
İnter Rusiyada ən yaxşı oldu
Mayın 3-dən 7-dək Rusiyanın Yessentuki şəhərində Böyük Vətən Müharibəsində Qələbənin 67-ci ildönümünə həsr olunmuş uşaqlar arasında futbol üzrə açıq turnir keçirilib
Azərbaycan Kubokunun final matçının rəsmi video çarxı (VİDEO)
Azerisport.az sizi futbol üzrə Azərbaycan Kubokunun final oyununun rəsmi video çarxı ilə tanış edir.
Premyer Liqa, 32-ci tur: Aslan Kərimovun proqnozu
Futbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov Premyer Liqanın 32-ci turunun oyunları ərəfəsində azerisport.az saytı üçün proqnozlarını açıqlayıb.
Çingiz Mustafayev də DÇ-nin dostu seçildi (FOTO)
17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında Lənkəran şəhər Mərkəzi stadionunda keçirilmiş yoldaşlıq oyunundan əvvəl FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən populyar müğənni Çingiz Mustafayev dünya çempionatının dostu elan olunub.
Yığma komandamızın heyəti açıqlandı
Xəbər verdiyimiz kimi, mayın 15-dən 19-a qədər Kişinyov şəhərində təşkil olunacaq “FA of Moldova Cup” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması da iştirak edəcək.
Fransa çempionatı: Lion Olimpikindən əzmkar qələbə
Fransa çempionatında təxirə salınan bir oyun keçirilib.
Fortuna Bundesliqa yolunda önəmli qələbə qazandı
Futbol üzrə Almaniya Bundesliqasına son vəsiqə uğrunda ilk pley-off oyunu keçirilib
Ukraynanın çempionu müəyyənləşdi
Futbol üzrə Ukrayna çempionatının 2011/12 mövsümünün qalibi müəyyənləşib.
Paytaxt klubunda baş məşqçi şoku
İtaliyanın “Roma” klubu mövsüm başa çatan kimi baş məşqçisiz qalacaq.
Hər şeyin bitdiyi yer
Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 2011/12 mövsümünə yekun vurulacaq.
Böyükağa Hacıyev: Əsas hədəfimiz qızıl dubla imza atmaqdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 32-ci turunun “Qəbələ” ilə oyunu öncəsi fikirlərini açıqlayıb.
Qəbələ Şükürovla yollarını ayırdı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovla “Qəbələ” klubu yollarını ayırıb.
Premyer Liqada son turun təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun oyunlarına təyinatlar açıqlanıb.