10 yanvar 2017 11:35

İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu

İbrahim Şehiç geridə qalan istirahət müddətindən danışıb.
Azerisport.az xəbər verir ki, qolkiper "Qarabağ"-ın rəsmi saytına açıqlamasında bu mövsüm hədəflərindən də söz açıb: “İstirahət qısa olsa da, yerinə düşdü. Gərgin keçən ilk iki dövrədən sonra komandamızın bu istirahətə ehtiyacı var idi. Biz -legioner futbolçular öz ölkələrimizə getdik və ailələrimizlə vaxt keçirdik, məncə, tətil tam yerinə düşdü. Artıq istirahət başa çatıb və biz bu toplanışda növbəti iki dövrəyə maksimum şəkildə hazırlaşmalıyıq. Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik”.
Qapıçımız mövsümün ilk yarısını da dəyərləndirib: “Hər il bizim üçün çətin olur. Geridə qalan həm yaxşı, həm pis günlərimiz oldu. Həm zədəlilərimiz, həm də vərəqə cəzalılarımız oldu.  Mövsümün ilk yarısı da bizim üçün uğurlu alındı, Avropa Liqasının qrup mərhələsində 7 xal topladıq, ilk dövrənin son oyunlarında komandamız xarakter göstərərək yenidən liderliyə yüksəldi. İndi isə qış təlim-məşq toplanışını dəyərləndirib, burada yoxlama oyunlarında əlimizdən gələni edib Premyer Liqaya tam hazır olmalıyıq”.
Şehiç ötən ili karyerasının ən uğurlu ili adlandırıb: “Ötən il mənim həyatımda ən uğurlu il oldu. Həm milli komandada, həm də "Qarabağ"da uğurlar əldə etdim. Bunun səbəbi də “Qarabağ”dır, bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss etmişəm. Bu komandada keçirdiyim hər gündən həzz alıram”.
 Son olaraq, qolkiperimiz komandamızdakı rəqabətdən də danışıb: “Komandamızda hər mövqedə rəqabət var və hər kəs də komandaya xeyir vermək üçün əlindən gələni edir. Hər mövqedə 2-3 futbolçu olmalıdır. Hazırda da komandamızda 4 yaxşı qolkiper var ki, hər birimiz daim əsas heyətdə oynamağa hazırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.