24 iyun 2013 14:33

Yığmamız Zaqrebdə birinci oldu

İyunun 16-dan 20-dək Xorvatiyanın Zaqreb şəhərində qılıncoynatma idman növü üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda Azərbaycanı sablya yarışlarında "Neftçi" İdman Sağlamlıq Mərkəzinin üzvləri Sabina Mikina, Aidə Ələsgərova, Sevil Bünyatova və Sevinc Bünyatova təmsil ediblər.
 
Şəxsi yarışlarda Sabina Mikina 47 idmançı arasında 19-cu olub.
 
Komanda yarışlarında idmançılarımız 8-liyə çıxmaq üçün Belarus komandasına 45-44 hesabı ilə qalib gəlib 1/4 finala çıxıblar. Olimpiya çempionu Ukrayna komandasına (39-45) uduzublar. 3-cü görüşü Macarıstan komandası ilə keçirərək (45-41) qalib gəldilər. 5-6 cı yerlər uğrunda qarşılaşmada Fransa komandasına (38-45) məğlub olan qızlarımız 6-cı yeri tutublar.
 
Qeyd edək ki, 2 ildir ard-arda komandamız Avropa Çempionatında 6-cı yerə çıxır.
 
Komandamızın rəhbəri Yaşar Məmmədovun verdiyi məlumata görə, çempionatın hakimləri arasında həmyerlimiz Fikrət Vəliyev də olub.
 
Bir faktı da qeyd edək ki, 20-23 iyun tarixlərində Şpaqa üzrə yığma komandamız Gürcüstanın Kutaisi şəhərində keçirilən turnirdə iştirak edib.
 
Şəxsi yarışlarda Kənan Əliyev I, Nəsibov Vəkil III, qızlar arasında Samirə Hüseynova I yerə çıxıblar.
 
Komanda yarışlarında yığmamız I yerə layiq görülüb.

Похожие новости

Qılıncoynatma 24 iyun

Qilincoynadanlarımız AÇ-də 8-ci oldular

Polşada qılıncoynatma üzrə Avropa çempionatı davam edir
Qılıncoynatma 18 aprel

Sabina Mikina Rio de Janeyro Olimpiadasına lisenziya qazandı

Qılıncoynadanımız Sabina Mikina bu il Braziliyada keçiriləcək Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qılıncoynatma 03 noyabr

Neftçinin sablyaçıları Avropa komanda yarışında 3-cü oldular

Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib.
Qılıncoynatma 21 sentyabr

Neftçi İdman Klubunun qılıncoynadanlarından növbəti qələbələr

Qılıncoynatma Federasiyasının zalında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub.
Qılıncoynatma 08 sentyabr

Sablyaçılarımız Bolqarıstanda 2 medal qazandılar

Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçirilib.
Qılıncoynatma 09 aprel

Dünya çempionu Bakıda səfərdədir

Qılıncoynatma üzrə dünya çempionu Olqa Xarlan Bakıda səfərdədir.
Qılıncoynatma 06 may

Səbinə Mikina 48-ci oldu

ABŞ-ın Çikaqo şəhərində keçirilmiş qılıncoynatma üzrə Dünya Kuboku başa çatıb.
Qılıncoynatma 08 aprel

Qılıncoynadanımız pley-offda uduzdu

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatı keçirilir.
Qılıncoynatma 14 noyabr

Səbinə Mikina: Reytinqimi bacardıqca yüksəldəcəm

Qısa fasilədən sonra qılıncoynatma proqramında London olimpiadasında təmsil olunmağımız, bu idman növünə marağı və diqqəti yenidən artırıb