14 noyabr 2013 12:23

Səbinə Mikina: Reytinqimi bacardıqca yüksəldəcəm

Qısa fasilədən sonra qılıncoynatma proqramında London olimpiadasında təmsil olunmağımız, bu idman növünə marağı və diqqəti yenidən artırıb. Azerisport.az xəbər verir ki, artıq 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa oyunlarında sablya, şpaqa və rapiraçılarımızın mübarizə aparacağı dəqiqdir.
 
Adı birinci çəkilən proqram müasir dövrdə məşhurlaşıb. Çünki rapiraçılarımız İlqar Məmmədovla Boris Koretskinin Seul-1988 zəfərlərindən bəri, Azərbaycan olimpiadalara yalnız qılıncoynatmanın sablya növündə vəsiqə qazanır. Düzdür, bu proqramın Sidney-2000-də “olimpiya ailəsi”nə qoşulması da populyarlaşmada böyük rol oynayıb.
 
1999-cu ildə sablyaçılar qadınlar arasında keçirilmiş ilk dünya çempionatında Yelena Jemayevanın baş mükafata sahib çıxması, nəinki Azərbaycan, dünya qılıncoynatmasının tarixinə düşüb. Ona qədər, bu proqramda böyük uğura, yaxın keçmişdə Samir İbrahimov kişilərin komanda yarışında qızl medal qazanmaqla, yetişib.
 
Son zamanlarda sablyaçı Səbinə Mikina perspektiv vəd edir. Ötən il dünya reytinqində 16-cı yeri tutaraq, London-2012-yə vəsiqə alan idmançı, gələn mövsüm itirdiyi mövqeyinə qayıtmaq niyyətindədir. Saytımızın əməkdaşı ilə söhbətdə, o, bunun üçün çox çalışacağını deyib:
 
“Hazırda “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Suraxanıda yerləşən bazasında məşqlərimi davam etdirirəm. Dekabrda millimiz Türkiyənin Ərzurum şəhərində 14 günlük təlim-məşq toplanışına yollanacaq. Gələn mövsüm bizi ciddi sınaqlar gözləyir. Yanvarda Fransanın Orlean şəhərində keçiriləcək dünya kubokunda iştirak edəcəyəm. Çalışacağam ki, reytinqimi yüksəldim. İndi komandamız dünya sıralamasında 10-cudu. Şəxsidə 34-cü pilləyə düşmüşəm. İnanıram, hər şey sonda yaxşı olacaq”.
 
Qılıncoynatma federasiyasının 1-ci vitse-prezidenti Yaşar Məmmədov, öz növbəsində, azerisport.az-a açıqlamasında deyib ki, şpaqaçı qızlar, o cümlədən, rapiraçılar baş məşqçi Asəf Məlikovun rəhbərliyi ilə çalışmalarını davam etdirirlər. Adı son çəkilən proqramda Mehin və Məryəm Məlikova yığma kollektivdə fəallıq nümayiş etdirirlər.
 
Baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi ilə sablayçı qızlardan ibarət millmizdə əsas heyət əvvəlki kimi dəyişməz qalır: Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bünyatova bacılırı. Son vaxtlarda bu sıraya Fatma İbrahimovanın qoşulacağı gözlənilir.

Похожие новости

Qılıncoynatma 24 iyun

Qilincoynadanlarımız AÇ-də 8-ci oldular

Polşada qılıncoynatma üzrə Avropa çempionatı davam edir
Qılıncoynatma 18 aprel

Sabina Mikina Rio de Janeyro Olimpiadasına lisenziya qazandı

Qılıncoynadanımız Sabina Mikina bu il Braziliyada keçiriləcək Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qılıncoynatma 03 noyabr

Neftçinin sablyaçıları Avropa komanda yarışında 3-cü oldular

Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib.
Qılıncoynatma 21 sentyabr

Neftçi İdman Klubunun qılıncoynadanlarından növbəti qələbələr

Qılıncoynatma Federasiyasının zalında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub.
Qılıncoynatma 08 sentyabr

Sablyaçılarımız Bolqarıstanda 2 medal qazandılar

Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçirilib.
Qılıncoynatma 09 aprel

Dünya çempionu Bakıda səfərdədir

Qılıncoynatma üzrə dünya çempionu Olqa Xarlan Bakıda səfərdədir.
Qılıncoynatma 06 may

Səbinə Mikina 48-ci oldu

ABŞ-ın Çikaqo şəhərində keçirilmiş qılıncoynatma üzrə Dünya Kuboku başa çatıb.
Qılıncoynatma 08 aprel

Qılıncoynadanımız pley-offda uduzdu

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatı keçirilir.
Qılıncoynatma 04 oktyabr

Sablyaçılarımız Antalyada

Sablyaçı qadınlardan ibarət millimiz Antalyada təlim-məşq toplanışındadı.