25 fevral 2013 14:56

Sablyaçılar Dünya Kubokunda 4-cü oldular

Fevralın 22-24-də Belçikanın Gent şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında dünya kuboku yarışı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı “Neftçi” İSM-in üzvləri Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bunyadova bacıları təmsil ediblər.
 
Şəxsi yarışlarda idmançılarımızdan ən yaxşı nəticəni Sevil Bunyadova göstərib. O 160 idmançı arasında 20-ci olub.
 
Komanda yarışında isə qızlarımızın çıxışını uğurlu saymaq olar. Belə ki, dünya reytinqində 8-ci olduğumuz üçün komandamız yarışlara 1/16 finaldan yox, 1/8-dən başlayıb və ilk rəqibi dünya reytinqində 9-cu olan Almaniya yığması olub. Azərbaycan yığması Almaniya komandasına 45:28 hesabı ilə qalib gəlib. ¼ finalda isə qılıncoynadanlarımız dünya çempionu Rusiya yığmasını çoxlarının gözləmədiyi halda məğlub ediblər – 45:41.
 
Yarımfinalda İtaliya yığmasına 43:45 hesabı ilə uduzan qızlarımız, 3-cü yer uğrunda ABŞ idmançıları ilə qarşılaşıblar. Heyətində olimpiya çempionu və mükafatçılarının yer aldığı Amerika komandasına 35:45 hesabı ilə məğlub olan qızlarımız Dünya kubokunu 4-cü yerdə başa vurmaqla, ümumi reytinqdə 7-ci yerə yüksəliblər.

Похожие новости

Qılıncoynatma 24 iyun

Qilincoynadanlarımız AÇ-də 8-ci oldular

Polşada qılıncoynatma üzrə Avropa çempionatı davam edir
Qılıncoynatma 18 aprel

Sabina Mikina Rio de Janeyro Olimpiadasına lisenziya qazandı

Qılıncoynadanımız Sabina Mikina bu il Braziliyada keçiriləcək Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qılıncoynatma 03 noyabr

Neftçinin sablyaçıları Avropa komanda yarışında 3-cü oldular

Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib.
Qılıncoynatma 21 sentyabr

Neftçi İdman Klubunun qılıncoynadanlarından növbəti qələbələr

Qılıncoynatma Federasiyasının zalında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub.
Qılıncoynatma 08 sentyabr

Sablyaçılarımız Bolqarıstanda 2 medal qazandılar

Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçirilib.
Qılıncoynatma 09 aprel

Dünya çempionu Bakıda səfərdədir

Qılıncoynatma üzrə dünya çempionu Olqa Xarlan Bakıda səfərdədir.
Qılıncoynatma 06 may

Səbinə Mikina 48-ci oldu

ABŞ-ın Çikaqo şəhərində keçirilmiş qılıncoynatma üzrə Dünya Kuboku başa çatıb.
Qılıncoynatma 08 aprel

Qılıncoynadanımız pley-offda uduzdu

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatı keçirilir.
Qılıncoynatma 14 noyabr

Səbinə Mikina: Reytinqimi bacardıqca yüksəldəcəm

Qısa fasilədən sonra qılıncoynatma proqramında London olimpiadasında təmsil olunmağımız, bu idman növünə marağı və diqqəti yenidən artırıb