23 oktyabr 2012 13:59

Qılıncoynadanlarımız Tiflis və Bursada uğur qazanıblar

Oktyabrın 19-21-də Gürcüstan paytaxtı Tiflisdə 23-yaşadək idmançılar arasında Avropa kuboku yarışları keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan idmançısı Sevil Bunyatova həm kubok, həm də qızıl medal, Aidə Ələsgərova bürünc medal qazanıb.
 
Komanda hesabında sablyaçı qızlarımız 44-45 hesabı ilə Ukrayna komandasına uduzaraq gümüş medal qazanıblar. Bu idmançıların hamısı “Neftçi İdman və Sağlamlıq Mərkəzi”nin üzvləridir.
 
Həmin günlərdə  Türkiyənin Bursa şəhərində rapira və şpaqa üzrə III beynəlxalq turnir də keçirilib. 10 ölkənin təmsil olunduğu yarışda komanda hesabında rapiraçı qızlarımız I, şpaqaçı qızlarımız II, şpaqaçı kişilər isə III yerə layiq görülüblər.
 
Şəxsi yarışlarda şpaqada beynəlxalq dərəcəli idmançımız Nelyubova Yuliya bürünc medal qazanıb.

Похожие новости

Qılıncoynatma 24 iyun

Qilincoynadanlarımız AÇ-də 8-ci oldular

Polşada qılıncoynatma üzrə Avropa çempionatı davam edir
Qılıncoynatma 18 aprel

Sabina Mikina Rio de Janeyro Olimpiadasına lisenziya qazandı

Qılıncoynadanımız Sabina Mikina bu il Braziliyada keçiriləcək Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qılıncoynatma 03 noyabr

Neftçinin sablyaçıları Avropa komanda yarışında 3-cü oldular

Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib.
Qılıncoynatma 21 sentyabr

Neftçi İdman Klubunun qılıncoynadanlarından növbəti qələbələr

Qılıncoynatma Federasiyasının zalında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub.
Qılıncoynatma 08 sentyabr

Sablyaçılarımız Bolqarıstanda 2 medal qazandılar

Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçirilib.
Qılıncoynatma 09 aprel

Dünya çempionu Bakıda səfərdədir

Qılıncoynatma üzrə dünya çempionu Olqa Xarlan Bakıda səfərdədir.
Qılıncoynatma 06 may

Səbinə Mikina 48-ci oldu

ABŞ-ın Çikaqo şəhərində keçirilmiş qılıncoynatma üzrə Dünya Kuboku başa çatıb.
Qılıncoynatma 08 aprel

Qılıncoynadanımız pley-offda uduzdu

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatı keçirilir.
Qılıncoynatma 14 noyabr

Səbinə Mikina: Reytinqimi bacardıqca yüksəldəcəm

Qısa fasilədən sonra qılıncoynatma proqramında London olimpiadasında təmsil olunmağımız, bu idman növünə marağı və diqqəti yenidən artırıb