21 aprel 2012 11:40
Qılıncoynadanımız lisenziya mübarizəsində
Bu gün Bratislavada start götürəcək qılıncoynatma üzrə olimpiya lisenziyalı turnirdə idmançımız Sabina Mikina da çıxış edəcək.
Azerisport.az xəbər verir ki, qadınların qılıncoynatma yarışı üzrə olimpiya vakansiyaları Aprelin 22-də oynanılacaq. Təmsilçimiz Sabina Mikinaya lisenziya qazanmaq üçün yarışda dördüncü yerdən aşağı nəticə göstərməmək zəruridir.
