28 iyun 2016 00:50

İtaliya İspaniyanı, İslandiya İngiltərəni AÇ-dən qovdu

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün qitə birinciliyində 1/8 final mərhələsinə yekun vurulub.

Günün ilk qarşılaşmasında erkən final kimi dəyərləndirilən İtaliya və İspaniya yığmalarının oyunu baş tutub. İtaliyalılar inamlı qələbə ilə 1/4 finala yüksəliblər.

Sonuncu 1/4 finalçının adına isə İngiltərə - İslandiya oyunundan sonra aydınlıq gəlib. Erkən qol vuran ingilislər matçda hesabı açan tərəf olsa da, qısa müddət ərzində iki qol buraxıblar. Qalan dəqiqələrdə matçda başqa qol vurulmayınca, İslandiya 1/4 finala vəsiqə qazanıb. 

Qeyd edək ki, daha öncə Polşa, Uels, Portuqaliya, Fransa, Almaniya və Belçika yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi.

AÇ-2016
1/8 final mərhələsi

27 iyun

İtaliya - İspaniya - 2:0 (1:0)
Qollar: C.Kyellini, 33 (1:0). Q.Pelle, 90 (2:0).
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Sen-Deni.

İngiltərə - İslandiya - 1:2 (1:2)
Qollar: U.Runi, 4 (1:0). R.Siqurdsson, 6 (1:1). K.Siqtorsson, 19 (1:2).
Baş hakim: Damir Skomina (Sloveniya).
Nitsa.

Похожие новости

AVRO-2016 11 iyul

Portuqaliya Fransaya qalib gəlib, Avropa çempionu oldu

Fransada təşkil olunan bir aylıq marafon - AÇ-2016 bu gün başa çatdı.
AVRO-2016 09 iyul

AÇ-nin finalı ilə bağlı önəmli faktlar

Sabah Fransada keçirilən Avropa çempionatına yekun vurulacaq
AVRO-2016 08 iyul

Antuan Qrizmann: Mişel Platini səviyyəsinə çatmağıma hələ çox var

Ötən gecə Almaniyaya qarşı keçirdikləri oyunda dubla imza atan Antuan Qrizmann Fransa yığmasının AÇ-2016-nın finalına çıxmasında əsas pay sahibi oldu.
AVRO-2016 08 iyul

Fransa Almaniyaya qalib gəlib, finala yüksəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 07 iyul

Portuqaliya Uelsə qalib gəlib, ilk finalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 04 iyul

Sonuncu yarımfinalçı Fransa oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 03 iyul

Almaniya İtaliyaya penalti seriyasında qalib gəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 02 iyul

Uels Belçikaya qalib gəlib, Portuqaliyaya rəqib oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 01 iyul

Portuqaliya ilk yarımfinalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.